. Love.az

Qarabasaq Yarmasi - Wikipedia - Love.az

Ana Səhifə - Qarabasaq Yarmasi
Bu adın digər istifadə formaları üçün bax: Qarabaşaq (dəqiqləşdirmə).
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz.

Qarabaşaq yarması — adi qarabaşaq bitkisinin dənindən istehsal edilir. Qarabaşaq yarmasının qidalılıq və istehlak dəyəri başqa yarmalara nisbətən yüksəkdir. Pəhriz qidası üçün daha çox istifadə edilir. Buxara verilməmiş adi qarabaşaq və buxara verilib qurudulmuş tez bişən qarabaşaq yarmaları istehsal edilir.

Qarabaşaq yarması

Adi və tezbişən yarmalar biri digərindən rənginə və konsistensiyasına, tərkibinə daxil olan maddələrin vəziyyətinə görə fərqlənir. Adi yarmanın rəngi açıq, unlu, nişastası dəyişməmiş, fermenti isə fəal deyildir. Tez bişən yarmanın rəngi qəhvəyi, qeyribərabər, yarımşüşəvari, nişastası qismən kleysterləşmiş, fermentlərinin fəallığı zəifdir. Adi və tezbişən qarabaşaq yarması 2 müxtəliflikdə – nüvə və yarma xırdası (prodel) halında istehsal olunur. Yarma xırdası bir neçə hissəyə bölünmüş qarabaşaq dənindən ibarətdir. Yarma nüvəsi tərkibindəki kənar qarışığın və sağlam nüvənin miqdarına görə 1-ci və 2-ci əmtəə sortuna ayrılır.

Yarma xırdası sorta ayrılmır. Yarma nüvəsindən dənəvər sıyıq, qiymə, yarma xırdasından isə duru sıyıq, bitoçki və s. hazırlanır.

Mənbə

redaktə
  • Əhmədov Ə. İ. Ərzaq malları əmtəəşünaslığı. Ali məktəblər üçün dərslik. Yenidən işlənmiş və tamamlanmış ikinci nəşr. Bakı: "İqtisad Universiteti" nəşriyyatı, 2006, 480 səh.

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qarabaşaq_yarması&oldid=7686702"
LOVE.AZ