. Love.az

Qarabaldir Oguz - Wikipedia - Love.az

Ana Səhifə - Qarabaldir Oguz

Qarabaldır — Azərbaycan Respublikasının Oğuz rayonunun Kərimli kənd inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 16 km. cənubda, Kərimli kəndinin qərbində, Əlicançayın sol sahilində yerləşir.

Qarabaldır
40°58′54″ şm. e. 47°26′09″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Oğuz rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 575 nəfər
Xəritəni göstər/gizlə
Qarabaldır xəritədə
Qarabaldır
Qarabaldır

Mündəricat

  • 1 Etimologiyası
  • 2 Tarixi
  • 3 Əhalinin məşğuliyyəti
  • 4 Mənbə
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Etimologiyası

redaktə

Qarabaldır etnik toponimdir. Azərbaycan xalqının etnogenizində iştirak etmiş qədim türk tayfalarından birinin adı q a r a b a l d ı r olmuşdur[1]. “Qarabaldır” toponimi – iki hissədən ibarətdir: “qara” və “baldır”. “Qara”–böyük, güclü, qüvvətli, “Baldır” – "çıxıntı" sözlərindən yaranıb "böyük çıxıntı" deməkdir. Ümumiyyətlə, hələ qədimdən bədən üzvləri ilə oxşarlığı nəzərə alınaraq coğrafi obyektləri burun, bel, barmaq, daban, dil və sair kimi, sözlərlə adlandırmaq qanunauyğun hal olmuşdur.

Tarixi

redaktə

Kəndin ərazisində ölkə və yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmiş Nekropol (e.ə IV-I əsrlər), Molla qoruğu (e. I-IV əsrləri) var.

1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Qarabaldır kəndində 55 təsərrüfatda 226 nəfər əhali yaşayırdı ki, onların da 120 nəfərini kişilər, 106 nəfərini isə qadınlar təşkil edirdi.[2]

Əhalinin məşğuliyyəti

redaktə

Kəndin əhalisi 575 nəfərdir (01 yanvar 2017-ci il). Əhali əkinçilik, heyvandarlıq, bağçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə ümumi orta məktəb, kitabxana, tibb məntəqəsi var.Dəniz səviyyəsindən hündürlüyü 380 metrdir. .

Mənbə

redaktə
  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II hissə. Bakı,2007.

Həmçinin bax

redaktə
  • Oğuz rayonu

Xarici keçidlər

redaktə
  • http://www.municipality.az/?year=2009&month=04&cstart=14[ölü keçid]
  • Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ E.Nuriyev, “Azərbaycan SSR Şəki – Zaqatala zonasının toponimiyası”, Bakı, Elm, 1989, səh. 80
  2. ↑ Z.Cavadova. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi demoqrafiyası (XIX əsrin əvvəlləri - 70-ci illəri) Bakı,2002, səh.52
Oğuz rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qarabaldır_(Oğuz)&oldid=6396449"
LOVE.AZ