Qarabulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin(Ani) rayonunda kənd.[2]
Qarabulaq | |
---|---|
![]() | |
40°37′00″ şm. e. 43°43′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.470 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Arpaçayın yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Erməni[5], rus mənbələrində[6] kəndin başqa bir adının Qazarabad olduğu qeyd edilir.
Kəndin adı kənddəki bulağın adından götürülmüşdür. «Keyfiyyətsiz, içməyə yararlı olmayan» mənasını bildirən qara və bulaq sözlərindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 30.VI.1945-ci il kəndin adı dəyişdirilib İsahakyan (erməni yazıçısı Avetik İsahakyanın familiyası) adlandırılmışdır.