. Love.az

Qaracemirli - Wikipedia - Love.az

Ana Səhifə - Qaracemirli


Qaracəmirli – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.

Qaracəmirli
40°51′01″ şm. e. 46°13′05″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəmkir rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 222 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 6.000 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5721
Xəritəni göstər/gizlə
Qaracəmirli xəritədə
Qaracəmirli
Qaracəmirli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Coğrafiyası və iqlimi
  • 3 Əhalisi
    • 3.1 Şəxsiyyətləri
  • 4 İqtisadiyyatı
  • 5 İstinadlar

Tarixi

redaktə

Qaracəmirli kəndinin yaranması haqqında bir neçə fərziyyə mövcuddur: İlk fərziyyəyə əsasən yaşayış məntəqəsinin əsasını qoyan Qara və Əmir adlı iki qardaşın at ilxısı olur. Bir gün həmin ilxı itir və onlar atları axtara-axtara gəlib indiki Qaracəmirli ərazisinə çatırlar. Bu yerlərin münbit topağı,gözəl havası çox xoşlarına gəlir və burada kənd salırlar. Elə o vaxtdan kəndin adı ilə qaracəmirli adlanır.

İkinci fərziyyə daha dəqiqdir; deyilənlərə görə el arasında Qaraca Əmir adı ilə tanınan bir kişinin at ilxısı varimiş. Bir gün həmin kişinin atları itir, atları gəzə-gəzə gəlib kəndin indi yerləşdiyi əraziyə çatır. Bu yerlər onun xoşuna gəldiyi üçün burada yaşamağa qərar verir. O gündən bura Qaracaəmir adlanır. Sonralar formalaşıb qaracəmirli olur. Bu oykonim "Qaraca Əmirin nəsli" mənasındadır.

Digər fərziyyəyə görə kəndin adı keçmişdə maldarlıqla məşğul olan Gülüklü, Qapanlı və Koltəknəli adlı kiçik məntəqələrin sakinlərinin ümumi adı olan Qaracəmirli icmasının adı ilə bağlıdır[1].

 
Əhəmənilər sarayı

Coğrafiyası və iqlimi

redaktə

Rayon mərkəzi ilə məsafəsi 25 km-dir. İqlimi subtropikdir. Yay İsti, qışı mülayim rütubətlidir. Kür çayından 10 km aralı, Gəncə-Qazax düzənliyindədir.

Orta temperatur qış aylarında 3 dərəcə, yay aylarında isə 30 dərəcədir.

Əhalisi

redaktə

Təxminən 6000 min nəfərdən artıq əhalisi var

Şəxsiyyətləri

redaktə

Qaracəmirli kəndinin əhalisi 72 nəsildən ibarətdir. Qaracəmirli ziyalılar, elmlər doktorları, tarixcilər, müəllimlər yurdudur.

  • Aşıq Qasım – XIX əsr Azərbaycan aşıqlarındandır[2][3].
  • Şəmkirli Aşıq Hüseyn – XIX əsr görkəmli Azərbaycan aşıqlarındandır.

İqtisadiyyatı

redaktə

Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.21.
  2. ↑ Azərbaycan Aşıqları və El Şairləri II, Bakı, 1984, s. 109-112
  3. ↑ Telli Saz Ustadları, Bakı, 1964, s. 95-97.
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qaracəmirli&oldid=8009651"
LOVE.AZ