Qaracalar — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.[1]
Tarixi İrəvan quberniyası əraziləri | |
Qaracalar | |
---|---|
Alagöz dağının cənubunda yerləşir. Erməni mənbələrində kəndin adı Qalaçilar kimi də göstərilir[2]. Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.[4]
Toponim qaraçalar türk tayfasının adı[5] əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.[6][7]
Kənddə 1831-ci ildə 104 nəfər, 1873-cü ildə 272 nəfər, 1886-cı ildə 279 nəfər, 1897-ci ildə 381 nəfər, 1908-ci ildə 360 nəfər, 1914-cü ildə 381 nəfər, 1916-cı ildə 526 nəfər yalnız azərbaycanlı yaşamışdır[8]. 1918-ci ildə kəndin əhalisi ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Ermənilər buraya 1918–1920-ci illərdə Türkiyədən köçürülmüşdür. Kənd 1940-cı illərdə ləğv edilmişdir.