. Love.az

Qaradagli Qasimli Agdam - Wikipedia - Love.az

Ana Səhifə - Qaradagli Qasimli Agdam
Bu adın digər istifadə formaları üçün bax: Qaradağlı.
Bu adın digər istifadə formaları üçün bax: Qaradağlı (Ağdam).

Qaradağlı — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd.[1]

Qaradağlı
Ölkə
  •  Azərbaycan

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Əhalisi
  • 4 İqtisadiyyatı
  • 5 İstinadlar

Toponimikası

redaktə

Qaradağlı kənd adı Azərbaycanda (Beyləqan, Bərdə, Goranboy, Xocalı, Xocavənd, Tərtər, Ucar, Füzuli, Xaçmaz və Şəki rayonları) Qaradağlı kənd adları ilə mənşəcə eynidir.

XV əsrdə Şah İsmayıl hakimiyyətə gələrkən hərbi qüvvə ilə kömək etmiş qızılbaş tayfalarından biri. Qaradağlı tayfasının adı əslən onların hazırda Cənubi Azərbaycan ərazisində yerləşən Qaradağ mahalından olmaları ilə bağlıdır. Səfəvilər hakimiyyətə gəldikdən sonra Şah İsmayıl hərbi xidmətinə görə bu tayfaya Azərbaycanın müxtəlif bölgələrində ərazilər bağışlamışdır.

XIX əsrin ikinci yarısında Ağdam rayonu ərazisində, Ağdam, Gülablı, Qaraxanlı və Kaqartlı kənd icmalarında dörd Qaradağlı adlı kənd vardı.[2]

Tarixi

redaktə

Kənd 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb.

Əhalisi

redaktə

İqtisadiyyatı

redaktə

Kəndin əhalisi əkinçilik və heyvandarlıqla məşğuldur.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ B.Budaqov, Q.Qeybullayev. Yuxarı Qarabağın Toponimləri. Bakı-2005
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qaradağlı_(Qasımlı,_Ağdam)&oldid=7619681"
LOVE.AZ