Tahir Məhərrəmov | |
---|---|
Tahir Əhməd oğlu Məhərrəmov | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Qazax |
Vəfat tarixi | (96 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | azərbaycanlı |
Atası | Əhməd Məhərrəmov |
Elm sahələri | mətnşünas, şərqşünas |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | Professor |
İş yeri | Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
'Tahir Əhməd oğlu Məhərrəmov (20 dekabr 1916 - 12 oktyabr 2013) — mətnşünas-alim, filologiya elmləri doktoru (1975), Prezident təqüdçüsü (2005).[1]
Tahir Əhməd oğlu Məhərrəmov 1916-cı il dekabrın 20-də Qazax mahalının Aşağı Əskipara kəndində anadan olmuşdur.[2] Ilk təhsilini doğma kəndində almış, Qazax Pedaqoji texnikumuna daxil olmuş, oranı bitirdikdən sonra rayonun Aşağı Əskipara və Tatlı kəndlərində müəllim işləmişdir.
1940-cı ildə hərbi xidmətə çağrılan Tahir Məhərrəmov az sonra başlanmış Böyük Vətən müharibəsinin odundan-alovundan keçərək, Qələbə günunə qədər ordu sıralarında faşizmə qarşı döyüşmuşdür. Onun Ukrayna cəbhəsindən - Poltava, Kiyev, Rovno və Jitomirdən başlanan döyüş yolu Polşa və Macarıstandan keçərək, Almaniyada başa çatmışdır. Faşizmə qarşı mübarizədə göstərdiyi igidliyə görə o, "II dərəcəli Vətən müharibəsi" ordeni ilə təltif olunmuşdur.
1945-ci ildə ordudan tərxis olunduqdan sonra bir müddət Ağdaş rayon xalq maarifi şöbəsində çalışan T.Məhərrəmov 1946-cı ildə özünün çoxdankı arzusunu almaq istəyini gerçəkləşdirmək üçün S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) şərqşünaslıq fakültəsinə daxil olur və 1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirlr.
Bir neçə il Bakının Balaxanı və Zabrat kəndlərində fars dili müəllimi işləyir və nəhayət, elmə bitlb-tükənməyən marağı onu Azərbaycan Elmlər Akademiyasına gətirib çıxarır. 1958-ci ilin martında yenicə yaradılmış Şərqşünaslıq İnstitutunda (o vaxtlar Yaxın və Orta Şərq xalqları İnstitutu adlanırdı) elmi fəaliyyətə başlayan T.Məhərrəmov həyatını bütünlüklə bu instituta bağlayır. 1964-cü ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. [3]
Uzun illər institutun mətnşünaslıq şöbəsinə rəhbərlik edən T.Məhərrəmov əsası mərhum akademik Ə.Ə.Əlizadə tərəfindən qoyulmuş milli mətnşünaslıq məktəbinin görkəmli və aparıcı nümayəndələrindən biridir. Alimin mətnşünaslıq fəaliyyəti onun nizamişünaslığa daimi elmi marağı ilə üzvi surətdə bağlıdır. Belə ki, onun həm namizədlik, həm də doktorluq dissertasiyası farsdilli poeziyada Nizami məktəbinin ən görkəmli nümayəndəsinin böyük hind şairi Əmir Xosrov Dehləvinin yaradıcılığına həsr olunmuşdur. Həmçının, Əşrəf Marağayinin ədəbi irsini tədqiq etmişdir. T.Məhərrəmov təkcə klassik abidələrin tənqidi mətnlərinin hazırlanması sahəsində deyil, həm də onların dilimizə tərcüməsi istiqamətində xidmətlər göstərmişdir. O, Nasir Xosrov Ələvinin "Səfərnamə"si kimi mürəkkəb bir əsəri uğurla Azərbaycan dilinə çevirmiş və həmin əsər mərhum akademik Ziya Bünyadovun redaktəsi ilə 1997-ci ildə "Elm" nəşriyyatı tərəfindən çap edilmişdir. Onun əsərləri təkcə Bakıda deyil, Moskvada, Daşkənddə, Tehranda, Tbilisidə, Dehlidə və Düşənbədə nəşr olunmuşdur.
Tahir Məhərrəmov bir çox ümumittifaq və beynəlxalq elmi məclislərdə Azərbaycan şərqşünaslığını ləyaqətlə təmsil etmişdir.
2013-cü il oktyabrın 12-də Bakıda vəfat etmışdır.