Vüsal Abdullazadə | |
---|---|
Vüsal Abdullazadə Sədyar oğlu | |
![]() ![]() | |
Şəxsi məlumatlar | |
Tam adı | Vüsal Abdullazadə Sədyar oğlu |
Vətəndaşlığı |
![]() |
Doğum tarixi | (32 yaş) |
Doğum yeri | İsmayıllı |
Təhsili | Azərbaycan İdman Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası |
İxtisası | Dövlət və Bələdiyyə İdarəetməsi |
Boyu | 182 sm |
Çəkisi | 75 kq |
İdman növü |
![]() |
Bacarıqları | Proqramlaşdırma, İnformasiya texnologiyaları |
facebook , instagram | |
Vüsal Abdullazadə (d. 12 sentyabr 1992 İsmayıllı, Azərbaycan) — Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi [1], Dünya Fudokan Karate Federasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi, 3 dəfə dünya çempionu, Azərbaycan Respublikasının idman ustası [2], gənc ictimai xadim.
Azərbaycanlı karateçi, hərbi döyüş və ənənəvi karate üslubu üzrə 3 dəfə dünya və Avropa çempionatının gümüş mükafatçısı, yüksək səviyyəli beynəlxalq yarışların qalibi, fudokan ənənəvi karate üslubu üzrə 5-ci dan beynəlxalq qara kəmər sahibi Vüsal Abdullazadə 12 sentyabr 1992-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olub.
2011-ci ildə yüksək idman dərəcələrinə görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub və 2015-ci ilin iyun ayında Akademiyanı əla qiymətlərlə bitirib.
2015–2016 illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ordu sıralarının cəbhə xəttində yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib.
2016-cı ilin Aprel döyüşlərində iştirak etmişdir.
25 avqust 2016 tarixindən "Bakı Karate-do Akademiyası"nın baş məşqçisi və rəhbəridir.
2020-ci il 9 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisinə Növbədən kənar Parlament seçkilərində Deputatlığa namizəd olub.
2024-cü ilin may ayının 2-dən Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi vəzifəsində [3] çalışır. O, eyni zamanda federasiyasının Mətbuat və Texniki Xidmət sahələrinin rəhbəridir.
2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə İdarəetməsi ixtisasına qəbul olunub.