Qaramanlı türkcəsi (türk. Karamanlı Türkçesi, yun. Καραμανλήδικα) — həm yazılı türkcənin bir formasıdır, həm də Osmanlı Türkiyəsindəki türkdilli pravoslav xristianları olan Qaramanlılar icmasının danışdığı türkcənin bir ləhcəsidir. Rəsmi Osmanlı türkcəsi ərəb qrafikası ilə yazılmışdır. Lakin Qaramanlılar türkcə formalarını yazmaq üçün yunan əlifbasından istifadə etmişdilər. Qaramanlı türkcəsinin öz ədəbi ənənəsi var idi və XIX əsrdə çap olunmuş çoxsaylı əsərlər, bəziləri Anatoli və ya Misailidis nəşriyyatı, Yevangilinos Misailidis tərəfindən nəşr edilmişdir.[1]
Qaramanlı türkcəsi | |
---|---|
Orijinal adı | Karamanlıca - Karamanlı Türkçesi |
Ölkələr | Yunanıstan, Bolqarıstan, Şimali Makedoniya, Rumıniya, Türkiyə |
Təsnifatı | |
Kateqoriya | Avrasiya dilləri |
Yazı | Yunan əlifbası |
Dil kodları | |
Glottolog | kara1469 |
![]() |
1923-cü ildə Türkiyə-Yunanıstan əhali mübadiləsi çərçivəsində Qaramanlı yazıçı və natiqləri Türkiyədən köçürülürlər. Bəzi natiqlər diasporada öz dillərini qoruyub saxlaya bilirlər. Türkiyə latın əlifbasını qəbul etdikdən dərhal sonra yazılı formada istifadəsi dayandırılır.
Qaramanlı dilində yazılmış əlyazmanın bir parçası da Qahirə Genizasında tapılmışdır.[2]
Yunan hərfləri |
Latın ekvivalenti |
Tələffüzü |
---|---|---|
Α | a | [a] |
Π˙ | b | [b] |
ΔΖ | c | [d͡ʒ] |
ΤΖ | ç | [t͡ʃ] |
Δ/Τ˙ | d | [d] |
Ε | e | [e] |
Φ | f | [f] |
Γ | g | [g] |
Γ/ΓΧ | ğ | [-/j] |
Χ | h | [h] |
Ι/Η | ı | [[[Close back unrounded vowel|ɯ]]] |
Ι | i | [i] |
Κ/ξ/ΧΧ˙ | k | [k/c] |
Λ | l | [l] |
Μ | m | [m] |
Ν | n | [n] |
Ο | o | [o] |
Ο˙/ΙΟ/Ω | ö | [ø] |
Π | p | [p] |
Ρ | r | [r] |
Σ/Ξ | s | [s] |
Σ˙ | ş | [ʃ] |
Τ/Θ | t | [t] |
ΟΥ | u | [u] |
ΟΥ˙ | ü | [y] |
Β | v | [v] |
Γ | y | [j] |
Ζ | z | [z] |
Qaramanlı türkcəsi haqqında məlumat Övliya Çələbinin Səyahətnaməsində də yer almışdır. Övliya Çələbiyə görə, Antalyanın iyirmi mahalından dördündə “Urum kefiri” məskunlaşıb ki, onlar da yunanca deyil, “fərqli türkcədə danışırlar” (IX, 64a). Eyni vəziyyətlə Alanyada da qarşılaşırıq: “Amma onlar Urum dilini bilmirlər, fərqli türk dilini bilirlər.”[4]
Yevangelinos Misailidis tərəfindən hazırlanan, 1850-ci ildən 1922-ci ilə qədər çıxan Anatoli qəzeti qaramanlı türkcəsində idi.[5] Qaramanlı türkcəli digər nəşrlər isə Anatol Ahteri, Angeliaforos, Şafak və Terakki idi. İkinci və üçüncüsü Amerika Xarici Nümayəndəliklər üzrə Komissarlar Şurası tərəfindən yaradılmışdır. Dimitrius Nikolaydes də qaramanlı türkcəli Asya ("Asiya") nəşri üçün müraciət etsə də, lakin onun bunu təklifi rədd edildi; əvəzində Osmanlı türkcəsində “Sərvət” adlı qəzet çıxardı. Yevangelina Baltiya və Ayşə Kavak, "Yarım əsrdir Konstantinopol qəzetinin naşiri"nin müəllifi, Nikolaydesin təklifinin rədd edilməsinin səbəbini izah edən heç bir məlumat tapa bilmədikləri haqqında yazırdılar.[6]