. Love.az

Qaraqala Yasayis Yeri - Wikipedia - Love.az

Ana Səhifə - Qaraqala Yasayis Yeri
Bu adın digər istifadə formaları üçün bax: Qaraqala.

Qaraqala yaşayış yeri — Babək rayonunun eyniadlı kəndi yaxınlığında, Naxçıvançayın sol sahilində Son Tunc və İlk Dəmir dövrlərinə aid yaşayış yeri.[1]

Qaraqala yaşayış yeri
Ölkə  Azərbaycan
Şəhər Babək
Yerləşir Babək kəndi
Tikilmə tarixi 2-1-ci minilliklər
Üslubu arxeoloji abidə
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
KateqoriyaYaşayış yeri
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Qaraqala yaşayış yeri (Azərbaycan)
Nöqtə
Qaraqala yaşayış yeri

Ümumi məlumat

redaktə

1954-cü ildə qeydə alınmışdır. Sahəsi 3 hektardır. Təpəyəoxşar yüksəklikdə yerləşən yaşayış yerindən xeyli boz və qırmızı rəngli gil qab fraqmentləri, obsidian (dəvəgözü) və çaxmaqdaşı qırıqları, çaydaşları və s. toplanmışdır. Tapıntılara əsasən evlərin daş bünövrə üzərində çiy kərpicdən tikildiyini demək olar. Mədəni təpəqə kül qarışıq torpaq laylarından və müxtəlif arxeoloji materiallardan ibarətdir. Buradan gil qab qırıqları, dən daşları, həvəng və dəstələr, sürtgəclər aşkar olunmuşdur. Materiallar Naxçıvan Dövlət Tarix Muzeyində saxlanılır. Tapıntılara əsasən abidə eradan əvvəl II–I minilliklərə aid edilir.

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan ensiklopediyası. II cilddə. I cild. Naxçıvan.2005.

Həmçinin bax

redaktə
  • Qaraqala (Babək)
  • Qaraqala nekropolu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qaraqala_yaşayış_yeri&oldid=7053631"
LOVE.AZ