. Love.az

Qarataglar - Wikipedia - Love.az

Ana Səhifə - Qarataglar

Qaratağlar — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd.[2]

Qaratağlar
40°24′58″ şm. e. 46°06′34″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 175 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Qaratağlar xəritədə
Qaratağlar
Qaratağlar

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
    • 2.1 Tarixi abidələri
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 Mədəniyyəti
  • 7 Təhsil
  • 8 Din
  • 9 Səhiyyə
  • 10 İstinadlar
  • 11 Xarici keçidlər
  • 12 Həmçinin bax

Toponimikası

redaktə

Oykonim "qara" (burada "qara" komponenti etnonimə işarədir), "tağ" (Azərbaycan dilinin dialektlərində "cərgə, sıra") sözlərindən və "-lar" cəm şəkilçisindən ibarət olub, "qaralar və ya qaraqullar yaşayan məhəllə, cərgə" mənasındadır. Oykonim 1917-ci ildə Qaradağlar variantında qeydə alınmışdır.[3]

Tarixi

redaktə

Tarixi abidələri

redaktə

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

redaktə

Kənd Dəstəfurçayın (Gəncəçayın qolu) sahilində, Qoşqar dağının (Kiçik Qafqaz) yamacında yerləşir.

Əhalisi

redaktə
İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 154 83 71
2009[5] ↗175 ↗86 ↗89

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Mədəniyyəti

redaktə

Kənddə Qaratağlar kənd kitabxana filialı, Qaratağlar kənd klubu fəaliyyət göstərir.[6]

Təhsil

redaktə

Kənddə Daşkəsən rayon Qaratağlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[7]

Din

redaktə

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

redaktə

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

redaktə
  1. ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
  2. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. ↑ Qaratağlar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 36. ISBN 978-9952-34-156-0.
  4. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 78.
  5. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 87.
  6. ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
  7. ↑ "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qaratağlar&oldid=7763288"
LOVE.AZ