. Love.az

Qardaseli Teyyubov - Wikipedia - Love.az

Ana Səhifə - Qardaseli Teyyubov
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 43 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Qardaşəli Teyyubov (tam adı: Qardaşəli Ağaqardaş oğlu Teyyubov; 7 noyabr 1938, Əngəxaran, Şamaxı rayonu – 27 noyabr 2012, Bakı) — SSRİ Jurnalistlər Birliyinin üzvü

Qardaşəli Teyyubov
Qardaşəli Ağaqardaş oğlu Teyyubov
Doğum tarixi 7 noyabr 1938(1938-11-07)
Doğum yeri
  • Əngəxaran, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 27 noyabr 2012(2012-11-27) (74 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Əngəxaran
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsi (1962–1967)
Fəaliyyəti jurnalist
Fəaliyyət illəri 1962-ci ildən
Mükafatları "Əmək veteranı" medalı
"Qızıl qələm" mükafatı (Azərbaycan SSR)

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Ailəsi
  • 2 Fəaliyyəti
  • 3 Mükafatları
  • 4 Vəfatı
  • 5 Həmçinin bax
  • 6 İstinadlar

Həyatı

redaktə

Qardaşəli Teyyubov 1938-ci il 7 noyabr tarixində Şamaxı rayonu Əngəxaran kəndində anadan olmuşdur. Bakıda Sənaye Texnikomunu bitirdikdən sonra

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistikə fakültəsinə daxil olmuş, oranı 1967-ci ildə bitirmişdir.

Ailəsi

redaktə
  • Atası Ağaqardaş Nurulla oğlu Teyyubov Böyük Vətən müharibəsində vəfat etmişdir.

Fəaliyyəti

redaktə

Universitetə daxil olduğu ildən "Azərbaycan pioneri" qəzetinin ştatdankənar əməkdaşı olmuş, "Bakı", "Kommunist" qəzetlərində, "Təşviqatçı" jurnalında çalışmış, radioda ayda bir dəfə 20 dəqiqəlik veriliş ilə çıxış etmişdir. Şamaxida "Yeni Şirvan" qəzetinə mutəxəsis dəvət olunmuş, sonradan hemin qəzetdə məsul katibin müavini olmuşdur. Həmçinin Qardaşəli Teyyubov 1975-ci ildən 1991-ci ilə qədər 10.000 tirajla cixan "Texniki tərəqqi uğrunda" qəzetin baş redaktoru olmuşdur. 1991-ci ildən ömrunun sonuna qədər Həmkarlar İttifaqinin orqanı olan "Ülfət" qəzetinin qurucusu ve şöbə mudiri vəzifəsində çalışmışdır. 1986-ci ildə SSRİ Jurnalistlər İttifaqının üzvü seçilmişdir.

Mükafatları

redaktə

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səttar Mehbalıyev tərəfindən 2005-ci ilinin 19 iyun tarixində Milli Mətbuat Günü ilə bağlı əlaqədar Azərbaycan Həmkarlar İttifaqlarının Mətbuat Orqanlarında səmərəli yaradıcılığına görə "Fəxri Fərman"la təltif edilmişdir. "Qızıl Qələm" mükafatını layiq görülmüş, həmçinin SSRİ "Əmək Veteranı"dır.

Vəfatı

redaktə

2012-ci il 27 noyabr vəfat etmiş, doğulduğu Şamaxı rayonu Əngəxaran kəndində torpağa tapşırılmışdır.[1]

Həmçinin bax

redaktə
  • Əlövsət Ağalarov

İstinadlar

redaktə
  1. ↑ Azərbaycanlı siyasətçinin ailəsinə ağır itki üz verib
   Jurnalist ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qardaşəli_Teyyubov&oldid=8104533"
LOVE.AZ