Hacıbababəyov Qasım bəy Hacıbaba bəy oğlu (1811, Şamaxı – 1874, Şamaxı) — Bakının mərkəzinin formalaşmasında böyük rol oynamış XIX əsrdə fəaliyyət göstərmiş azərbaycanlı memar.
Qasım bəy Hacıbababəyov | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1811 |
Doğum yeri | |
Vəfat tarixi | 1874 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Bakı, Şamaxı, Salyan |
Əsas tikililəri |
|
Şəhərsalma layihələri | Şamaxı və Cavad şəhərlərinin baş layihələri |
Abidələrin bərpası | Şamaxı Cümə məscidi (1870) |
Tələbəsi | Məşədi Mirzə Qafar İsmayılov |
Mükafatları |
![]() ![]() |
![]() |
Qasım bəy Hacıbababəyov 1812-ci ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Atası və böyük qardaşı Səməd bəy kimi memar idi. 1848-ci ildən Şamaxı quberniya memarının köməkçisi, 1856-cı ildən quberniya memarı kimi fəaliyyət göstərib.[1] 1858–1859-cu illərdə Şamaxının yenidən qurulmasının baş planını hazırlayıb. 1858-ci ildə Şamaxıda tikdiyi teatr binası Azərbaycanın ilk teatr binasıdır.[2]
Müqəddəs Anna Ordeni ilə təltif edilib.[2]
1868-ci ilədək Bakı şəhərinin memarı.[3]
1860-cı ildə İçərişəhərin dəniz tərəfdən olan qala divarlarının sökülməsindən sonra şəhər memarı Qasım bəy Hacıbabəyov sahil zolağını nizamlayıb və orada II Aleksandrın adını daşıyan sahil küçəsi — bulvar salınıb.[4]
Parapet meydanını[5] və 1868-ci ildə o ərazidə yerləşən karvansara binasını inşa edib.[6]
1868-ci ildən 1874-cü ilədək Şamaxının memarı olmuşdur.
Qasım bəy Hacıbababəyov əvvəl Şamaxının baş memarı idi. Zəlzələdən sonra Bakı quberniya mərkəzi olanda, o da Bakıya gəldi. Onun tikdiyi binalar:
2020-ci ildə Xəzər televiziyasında Qasım bəy Hacıbababəyov haqqında sənədli film çəkilib.