. Love.az

Qasim Ibn Mehemmed Ibn Ebu Bekr - Wikipedia - Love.az

Ana Səhifə - Qasim Ibn Mehemmed Ibn Ebu Bekr

Qasım ibn Məhəmməd ibn Əbu Bəkr (ərəb. القاسم بن محمد بن أبي بكر‎) və ya Qasım ibn Məhəmməd ibn Əbu Bəkr əs-Siddiq əl-Qureyşi (660, Mədinə – 730) — Tabiin nəslinə mənsub olan mədinəli məşhur yeddi fəqihdən biri.[1] Əbu Bəkrin nəvəsi.[1]

Qasım ibn Məhəmməd ibn Əbu Bəkr
ərəb. القاسم بن محمد بن أبي بكر‎
Doğum tarixi 660
Doğum yeri
  • Mədinə, Raşidi xilafəti
Vəfat tarixi 730
Atası Məhəmməd ibn Əbu Bəkr
Elm sahələri fiqh, təfsir

Bioqrafiyası

redaktə

Bibisi Aişədən, İbn Abbas, Müaviyə, Fatimə binti Qeys və Abdullah ibn Ömərdən elm almışdır. Oğlu Əbdürrəhman, eləcə də İbn Şihab əz-Zöhri, Rəbiə ibn Əbu Əbdürrəhman, Əyyub əs-Sixtiyani və başqalarının müəllimidir. Atası öldürüldüyünə görə bibisinin (Aişənin) yanında böyümüş və elm öyrənmişdir.[2] Ömər ibn Əbdüləziz onun haqqında belə demişdir:

"Əlimdə olsaydı, öz yerimə onu təyin edərdim."[2]

Ömrünün son üç ilində gözləri tutulan Qasım, yetmiş və ya yetmiş iki yaşında, həcc (və ya umrə) yolunda olarkən, Kudeyd adlı yerdə vəfat etmiş və Müşəlləldə dəfn edilmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Kasım bin Muhammed bin Ebu Bekir". 11.04.2025 tarixində arxivləşdirilib.
  2. ↑ 1 2 Əbu Hənifə Numan ibn Sabit, tərcümə və şərh edən: Fizuli Hüsiyev. əl-Fiqhil-Əkbər (az.). Bakı: İpəkyolu Nəşriyyatı. 2014. 26. ISBN 978-9952-8221-7-5..
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qasım_ibn_Məhəmməd_ibn_Əbu_Bəkr&oldid=8156923"
LOVE.AZ