Qasımbəyli — Azərbaycan Respublikasının Naftalan şəhər inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Tap Qaraqoyunlu kənd inzibati-ərazi vahidinin Qasımbəyli kəndi Qaşaltı Qaraqoyunlu kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir.[2] 14 aprel 2009-cu il tarixli 793-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Qasımbəyli kəndinin ərazisindən bələdiyyə mülkiyyətində olan 11,9 ha torpaq sahəsi Naftalan şəhərinin inzibati ərazisinə verilmişdir.[3] 31 may 2010-cu il tarixli 1018-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Goranboy rayonunun Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi əhatə etdiyi ərazi vahidləri (ərazisi müvafiq olaraq 1321,1 ha və 882,7 ha təşkil edən Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kəndləri) ilə birlikdə Naftalan şəhər inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir.[4]
Qasımbəyli | |
---|---|
40°30′ şm. e. 46°51′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 204 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsi Qasım bəy adlı şəxsə mənsub maldar ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Ağsu rayonunun Ərəbmehdibəy, Goranboy rayonunun Tap Qaraqoyunlu, Sabirabad rayonunun Qasımbəyli, Cəlilabad rayonunun Şiləvəngə və Bərdə rayonunun Kələntərli inzibati ərazi vahidlərində də bu adda toponimlər mövcuddur. Ancaq bu toponimlərin yaranma tarixləri və toponimkası müxtəlifdir.[5]
Kənd düzənlikdə yerləşir.
Naftalan şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |