. Love.az

Qatirquyruqyarpaq Kazuarina - Wikipedia - Love.az

Ana Səhifə - Qatirquyruqyarpaq Kazuarina

Qatırquyruqyarpaq kazuarina (lat. Casuarina equisetifolia) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin kazuarinakimilər fəsiləsinin kazuarina cinsinə aid bitki növü.

Qatırquyruqyarpaq kazuarina
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Fıstıqçiçəklilər
Fəsilə:
Kazuarinakimilər
Cins:
Kazuarina
Növ:
Qatırquyruqyarpaq kazuarina
Beynəlxalq elmi adı
  • Casuarina equisetifolia L., 1759
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  19516
NCBI  3523
EOL  633386

Mündəricat

  • 1 Təbii yayılması
  • 2 Botaniki təsviri
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Sinonimləri
    • 6.1 Homotipik sinonimləri
  • 7 Yarımnövləri
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Təbii yayılması

redaktə

Avstraliyada yayılmışdır.

Botaniki təsviri

redaktə

Hündürlüyü 10-15 metr olan, qamətli, incə görkəmli, həmişəyaşıl ağacdır. Elastik, sallaq budaqların üzərində incə, nazik buğumlu, tünd-yaşıl zoğlar və pulcuq şəklində tam inkişaf etməmiş yarpaqlar yerləşir. Bitkinin xarici görünüşü iynəyarpaqlılara bənzəsə də, iynəvarı budaqcıqlar üzərində düzülən kiçik, bəzən gözlə görünməyən pulcuqvarı yarpaqcıqlarına görə kazuarina enli yarpaqlılara aid edilmişdir. Abşeronda oktyabrda çiçəkləyir. Bitki ikievlidir. Meyvələri 1-1,5 ildən sonra yetişir. Toxumla yaxşı çoxalır.

Ekologiyası

redaktə

Qatırquyruqyarpaq kazuarina quraqlığadavamlı, torpağa az tələbkardır. Qeyri-münbit, qumsal torpaqlarda zəif suvarıldıqda da normal inkişaf edir. Kazuarina subtropik iqlim şəraitində yayıldığından, Abşeronda çox nadir hallarda sərt keçən qışda bitkinin yerüstü hissəsi məhv olur. Yazda bitki yenidən pöhrə verərək bərpa olunur.

Azərbaycanda yayılması

redaktə

Mərdəkan dendrarisində introduksiya edilmişdir. Bakı şəhərinin park və bağlarında mədəni şəraitdə becərilir.

İstifadəsi

redaktə

Canlı çəpərlərin salınmasında, qrup əkinlərində istifadə edilə bilər.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Casuarina equisetifolia var. typica Domin

Yarımnövləri

redaktə
  • Casuarina equisetifolia subsp. equisetifolia
  • Casuarina equisetifolia subsp. incana (Benth.) L.A.S.Johnson

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qatırquyruqyarpaq_kazuarina&oldid=7912017"
LOVE.AZ