. Love.az

Qaya Sercesi - Wikipedia - Love.az

Ana Səhifə - Qaya Sercesi

Qaya sərçəsi (Petronia petronia) Sərçəkimilər dəstəsinə aid bir quş növüdür. Yayılma arealı Avropa və Asiya-nın cənubunu, həmçinin Şimali Afrika-nı əhatə edir. Əsasən qayalıq ərazilərdə müşahidə olunur. Həm erkəyi, həm də dişisi görünüşcə ev sərçəsinə bənzəyir. Lakin, başının yanlarındakı sarımtıl-ağ zolağı və nisbətən iri dimdiyi ilə ondan fərqlənir. Ortalama uzunluğu 15-17 sm olan bu quşlar daha çox müxtəlif bitki toxumları, giləmeyvələr və bəzən də həşəratlarla qidalanırlar.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qaya_sərçəsi&oldid=7070246"
LOVE.AZ