Qazıqurdalı — Azərbaycan Respublikasının Bərdə rayonunun Qaradəmirçi kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bərdə rayonunun Qaradəmirçi kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qazıqurdalı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.[2]
Qazıqurdalı | |
---|---|
40°21′ şm. e. 47°09′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 68 m |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Kəndin adı Şərqi Zəngəzurda məskunlaşmış Qaramanlı türk mənşəli Qazıqurdalı tayfasının adı ilə bağlıdır. Qaramanlı türk mənşəli Alaçadırlı və Qazıqurdalı tayfaları indiki Laçın rayonunun Qazıdərə bölgəsində yaylaqlayır, qışda Aranda- Bərdədə yataq salırdılar. Qazıqurdalı camaatının Bərdədə qalan hissəsi öncə Bərdənin indiki Alaçadırlı kəndi ilə üzbəüz oba salıblar. Daha sonra həmin camaat indiki məntəqəyə köçüb.[mənbə göstərilməlidir]
1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.[3] İnqilabaqədərki sənədlərdə Qazı Qurdəli kimi qeyd edilir. Bu adda Laçın rayonunda bir icmaya daxil olan iki yaşayış məntəqəsi olmuşdur. Yerli məlumata görə, həmin kəndlərin adları onların əsasını qoymuş Qarabağ bəylərindən Qazı və Qurdəli (Qurd Alı) adlı iki qardaşın adı ilə əlaqədardır. [mənbə göstərilməlidir]
Bərdə rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |