. Love.az

Qaziyevler Ii - Wikipedia - Love.az

Ana Səhifə - Qaziyevler Ii
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Qazıyevlər — Azərbaycan xalqının tanınmış soylarından biri. İrəvan zadəgan nəslindəndirlər.

Qazıyevlər
Titul Bəy, qazı
Əcdadı Axund Xəlil qazı
Qohum soylar Bağırbəyovlar
Mənşəyi İrəvan
Təbəəliyi İrəvan xanlığı, Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Reyhanlı

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Soyun tanınmış nümayəndələri
  • 3 Qalereya
  • 4 Mənbə
  • 5 Həmçinin bax
  • 6 İstinadlar

Soyun yaranması

redaktə

Soyun ulu babası Axund Xəlil qazıdır. Axund Xəlil Kərim oğlu Qazızadə (1815–1884) 17 il İrəvan Quberniyası Ruhani Məclisinin sədri olmuş

Axund Xəlil qazının Abdulla, Həsən bəy Qaziyev adlı oğlanları vardı. Axund Molla Xəlil Qazızadə və oğlu Molla Abdulla Qazızadə İrəvan Quberniya Ruhani Məclisinin üzvü olmuşdular. Qazıyevlərin İrəvan quberniyasında Reyhanlı adlı mülkləri vardı.

1875-ci ildən 1900-cü ilədək İrəvanda müqəddəs Nina qız məktəbində təhsil alan 270 şagirddən 4 nəfəri azərbaycanlı qız olmuşdu. Bunlardan ikisi notarius İsmayıl bəy Qazıyevin qızları, ikisi isə Ələşrəf bəy Qazıyevin qızları idi. Qızların acı taleyi, həyat və müqəddəratı cəmiyyətin bütün tərəqqipərvər üzvlərini düşündürürdü.[1]

Soyun tanınmış nümayəndələri

redaktə
  • Molla Məhəmmədbağır Qazızadə — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı, pedaqoq.
  • Molla Abdulla Molla Xəlil oğlu Qazızadə — İrəvan quberniya Ruhani Məclisinin rəisi, qazı.
  • Həsən Molla Xəlil oğlu Qazıyev — Əməkdar müəllim.
  • Şeyx Kərim Molla Tağı Qazıyev — Naxçıvan qəzasının qazısı.
  • Zəhra Şeyx Kəzim qızı Qazıyeva — həkim-terapevt, Azərbaycanın Əməkdar həkimi (1960), Sosialist Əməyi Qəhrəmanı.
  • Şamil Həsən oğlu Qazıyev — rəssam, əməkdar incəsənət xadimi.
  • Arif Şamil oğlu Qazıyev — Azərbaycanın xalq rəssamı (2018).

Qalereya

redaktə
  • Ailə arxivindən
  •  
    Molla Məhəmmədbağır Qazızadə (?–1910) — qazı, pedaqoq
  •  
    Molla Xəlil Qazızadə — qazı, axund
  •  
    Həsən Qazıyev (1876–?) — pedaqoq
  •  
    Şamil Qazıyev (1908–1980) — rəssam

Mənbə

redaktə
  • Ənvər Çingizoğlu, İrəvan Quberniya Ruhani Məclisi və məşhur din xadimləri, "Soy" elmi-kütləvi dərgi, 2011, № 3, səh.23–32.

Həmçinin bax

redaktə
  • İrəvan
  • İrəvan xanlığı

İstinadlar

redaktə
  1. ↑ "Sovet Ermənistanı" qəzeti, 6 avqust 1981-ci il.
   Soylarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qazıyevlər_(Axund_Xəlil)&oldid=7789695"
LOVE.AZ