Qazan Hərbi Dairəsi — 1864–1918-ci illərdə Rusiya imperator ordusunun, 1945–1946-ci illərdə SSRİ Silhlı Qüvvələri tərkibində yaradılmış hərbi birləşmə.
Rusiya imperiyasında Qazan Hərbi Dairəsi 1864–1918-ci illərdə mövcud olmuşdur. Hərbi dairənin ərazisinə Qazan, Perm, Vyatka, Penza, Simbirsk, Saratov və Həştərxan quberniyaları daxil idi. 1981-ci ildə onun tərkibinə ləğv olunmuş Orenburq Hərbi Dairəsinin ərazisi də daxil edilmişdi.
Rusiya Xalq Komissarları Sovetinin 4 may 1918-ci il tarixli dekretinə əsasən keçmiş Qazan Hərbi Dairəsinin ərazisi yeni yaradılan Volqaboyu (mərkəz Samara şəhəri olmaqla) və Ural (mərkəz Yekaterinburq şəhəri olmaqla) hərbi dairələri arasında bölüşdürüldü.
SSRİ-də Qazan Hərbi Dairəsi 9 iyul 1945-ci ildə təşkil olunmuşdu. Hərbi dairə Kirov vilayətinin və Tatar, Udmurt, Mari, Çuvaş MSSR-nın ərazilərini əhatə edirdi. Hərbi dairə 4 fevral 1946-cı ildə ləğv edilərək Volqaboyu Hərbi Dairənin tərkibinə daxil edilmişdi.
Sovet dövründə Qazan Hərbi Dairəsinin komandanı general-leytenant P.İ.Lyapin (1945) və general-polkovnik N.İ.Qusev (1945–1946) olmuşdur.