Qazaxıstana gələn ziyarətçilər viza tətbiq olunmayan ölkələrdən gəlmədikləri təqdirdə Qazaxıstanın diplomatik nümayəndəliklərindən birindən viza almalıdırlar.
Aşağıdakı ölkələrin və ərazilərin vətəndaşları Qazaxıstana vizasız səfər edə bilərlər:[1][2] 11 iyul 2020-ci ildən bəri vizasız gələn şəxslər ölkədə 180 gün ərzində ən çox 90 gün qala bilərlər (ilk giriş anından etibarən hesablanır).[3][4]
90 gün (9) 30 gün (9) 14 gün (1) |
↑ ŞV – Milli şəxsiyyət vəsiqəsi ilə daxil ola bilərlər
↑ IP – Daxili pasportla daxil ola bilərlər
2 – 30 günədək, istənilən 180 günlük dövr ərzində ölkədə qalma müddəti ən çox 60 gün ola bilər
3 – 180 gün ərzində 30 günədək
4 – il ərzində 30 günədək
Türkmənistan— Balkan vilayətinin sakinləri Atırau və Mangistau vilayətlərinə vizasız 5 günlük səfər edə bilərlər.[5]
Qazaxıstan iqtisadiyyatına böyük xarici investisiyalar qoyan aşağıda sadalanan ölkələrin vətəndaşlarına tətbiq olunan vizasız siyasət çərçivəsində 30 gündən az qalmaq müddəti üçün viza tələb olunmur. Proqram əvvəlcə 15 iyul 2014-cü ildə başlamış və 10 ölkəyə birtərəfli vizasız giriş imkanı təqdim etdi, 2015-ci ilin iyul ayında isə siyahı 19 ölkəyə qədər genişləndirilmişdir, daha sonra 2017-ci ilin yanvar ayında bu say 43-ə və 2019-cu ilin sentyabr ayında isə 54-ə qədər yüksəlmişdir.[6][7][8][9][10] Həmin ölkələr bunlardır:
|
Viza dəyişikliyi tarixi |
---|
Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qırğızıstan, Moldoviya, Özbəkistan, Rusiya, Tacikistan və Ukrayna vətəndaşlarından Qazaxıstana səfər etmək üçün heç vaxt viza tələb olunmayıb.
Ləğv olunub: |
Qırğızıstanın etibarlı turizm vizasını əldə etmiş bu ölkələrin vətəndaşları bu tip vizanın qüvvədə olduğu müddətdə Qazaxıstanın Almatı və Cambul vilayətlərinin sərhəd bölgələrini ziyarət edə bilərlər: ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Danimarka, Fransa, Finlandiya, Xorvatiya, İngiltərə, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Malayziya, Monako, Niderland, Norveç, Polşa, Portuqaliya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Yaponiya, Yeni Zelandiya və Yunanistan.[18]
Yalnız Almaniya, Benilüks, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İspaniya, İsveçrə, İtaliya, Latviya, Litva, Norveç, Portuqaliya, Sloveniya, Vatikan və Yunanıstan diplomatik pasportlarına sahib vətəndaşlar və həmçinin Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri,[19] Çili, Xorvatiya, İsrail, Kipr, Meksika, Monteneqro, Rumıniya, Slovakiya və Şimali Makedoniya diplomatik və xidmət kateqoriyası pasportlarına malik şəxslər 90 günə qədər Qazaxıstanda vizasız qala bilərlər.
Yalnız Misir, Polşa diplomatik pasport sahibləri və Bosniya və Herseqovina, Çin, Filippin, Hindistan, İndoneziya, İordaniya, İran, Kuba, Macarıstan, Pakistan, Şri-Lanka, Tailand, Türkmənistan, Vyetnam və Yaponiya ölkələrinə aid yalnız diplomatik və xidmət kateqoriyalı pasport sahibləri 30 günə qədər Qazaxıstanda vizasız qala bilərlər.
Birləşmiş Millətlər Təşkilatının pasportu sahiblərindən 180 gün müddətində 30 gün ərzində viza tələb olunmur.
2019-cu ilin dekabr ayında Kolumbiya ilə diplomatik və xidməti pasport sahibləri üçün vizasız müqavilə imzalanmışdı, lakin o, hələ təsdiqlənməyib.[20]
23 aprel 2018-ci ildən[21] 1 yanvar 2019-cu ilədək[22][23] Çin və Hindistan tərəfindən verilmiş pasport sahibləri aşağıdakı giriş limanlarından keçdikləri təqdirdə viza olmadan ölkədə 72 saatlıq qalma icazəsi alırlar, bunun üçün bu şərtlər yerinə yetirilməlidir:
Hökumət vizasız tranzit proqramının 31 dekabr 2020-ci ilədək uzadılmasını planlaşdırırdı.[24] Proqram COVID-19 koronavirus pandemiyası səbəbindən 2020-ci ilin yanvar ayında Çin vətəndaşları üçün müvəqqəti olaraq dayandırıldı.[25]
1 yanvar 2019-cu il tarixindən etibarən Qazaxıstan Miqrasiya Xidməti tərəfindən dəvət olunmuş 117 ölkənin vətəndaşları vahid giriş elektron vizası (eVisa) əldə edə bilərlər. Biznes və ya turizm üçün elektron viza bütün müvafiq millətlər üçün nəzərdə tutulubsa, müalicə üçün elektron vizalar cəmi 23 ölkə vətəndaşlarına verilir. eVisa almış şəxslər ölkəyə Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanı və ya Almatı Beynəlxalq Hava Limanından daxil olmalıdılar.[26]
Aşağıdakı ölkələrlə vizadan imtina müqavilələri artıq imzalanıb, lakin hələ təsdiqlənməyib və ratifikasiya edilməyib.[27]
2018-ci ilin dekabr ayında Qazaxıstan və Özbəkistanın 2019-cu ilin fevralından etibarən qarşılıqlı viza qəbul etməyi planlaşdırdıqları açıqlandı,[31] ancaq bu ideya təxirə salındı. 2019-cu ilin mart ayında Qazaxıstan və Özbəkistanın qonşu ölkələrə də şamil oluna biləcək ortaq viza proqramını başlamağa hazır olduqları bildirildi.[32]
Qazaxıstanın diplomatik nümayəndəliyi olmayan ölkədən gələn vətəndaşlar Qazaxıstan ərazisinə endiyi zaman əvvəlcədən (maksimum 1 ay öncə) verilmiş viza əldə edə bilərlər. Xidmət haqqı təqribən 80 ABŞ dollarına bərabərdir və bundan başqa həmin şəxsdə dəvətnamə olmalı və müraciəti Qazaxıstan Xarici İşlər Nazirliyi təsdiq etməlidilər. Ölkəyə aşağıda sadalanan giriş limanlarından birindən gəlməlidilər:[1]
İl | Gələnlər |
---|---|
▲ 202,000[33] | |
▲ 284,000[33] | |
▼ 257,000[33] | |
▲ 394,000[33] | |
▲ 1,683,000[33] | |
▲ 1,693,000[33] | |
▲ 3,678,000[33] | |
▼ 3,237,000[33] | |
▲ 4,291,000[33] | |
▲ 4,365,000[33] | |
▲ 4,707,000[33] | |
▲ 5,311,000[33] | |
▼ 4,117,000[33] | |
▼ 3,774,000[33] | |
▲ 4,097,000[33] | |
▲ 5,685,000[33] | |
▲ 6,163,000[33] | |
▲ 6,841,000[33] | |
▼ 6,333,000[33] | |
▲ 6,430,000[33] | |
▲ 6,509,000[33] | |
▲ 7,701,000[33] |
Qazaxıstana gələn qonaqların əksəriyyəti aşağıdakı ölkələrin vətəndaşları idilər:
Ölkə | 2017 | 2016 | 2015 | 2014 | 2013 |
---|---|---|---|---|---|
Özbəkistan | 01 ▲ 3,344,577 | 01 ▲ 2,459,757 | 01 ▲ 2,297,180 | 01 ▼ 2,107,177 | 01 ▲ 2,494,568 |
Rusiya | 02 ▲ 1,708,873 | 02 ▼ 1,587,409 | 02 ▼ 1,646,568 | 02 ▼ 1,757,721 | 02 ▲ 1,780,574 |
Qırğızıstan | 03 ▼ 1,273,378 | 03 ▼ 1,348,709 | 03 ▲ 1,359,625 | 03 ▼ 1,308,139 | 03 ▼ 1,382,706 |
Tacikistan | 04 ▲ 383,368 | 04 ▲ 207,009 | 04 ▲ 158,507 | 05 ▼ 137,443 | 05 ▲ 186,214 |
Azərbaycan | 05 ▲ 110,810 | 06 ▲ 94,846 | 08 ▲ 89,296 | 08 ▼ 83,174 | 06 ▲ 112,617 |
Almaniya | 06 ▲ 99,396 | 07 ▲ 90,286 | 09 ▲ 88,346 | 09 ▲ 79,572 | 09 ▼ 75,491 |
Türkiyə | 07 ▲ 98,840 | 08 ▼ 89,611 | 06 ▲ 106,301 | 06 ▲ 104,986 | 07 ▲ 92,070 |
ÇXR | 08 ▼ 94,817 | 05 ▲ 117,465 | 05 ▼ 111,706 | 04 ▲ 228,617 | 04 ▲ 205,066 |
Belarus | 09 ▲ 70,810 | 10 ▲ 63,520 | 11 ▲ 62,786 | 11 ▲ 55,356 | 10 ▲ 55,090 |
Ukrayna | 10 ▼ 66,041 | 09 ▼ 73,390 | 07 ▲ 97,100 | 07 ▲ 84,932 | 08 ▲ 82,971 |
Türkmənistan | 11 ▲ 63,249 | 11 ▼ 63,156 | 10 ▲ 69,230 | 10 ▲ 66,938 | 12 ▲ 47,711 |
Cənubi Koreya | 12 ▲ 30,582 | 14 ▲ 22,276 | 15 ▲ 22,046 | 15 ▲ 20,445 | 15 ▼ 16,620 |
ABŞ | 13 ▲ 29,632 | 12 ▼ 26,402 | 13 ▲ 29,124 | 13 ▲ 25,824 | 13 ▼ 22,508 |
Ermənistan | 14 ▲ 26,169 | 13 ▼ 26,097 | 12 ▼ 37,461 | 12 ▼ 39,934 | 11 ▲ 54,244 |
Hindistan | 15 ▲ 21,890 | 16 ▲ 13,975 | 16 ▲ 11,170 | 16 ▲ 10,725 | 16 ▼ 9,929 |
Böyük Britaniya | 16 ▲ 21,341 | 15 ▼ 20,166 | 14 ▲ 24,201 | 14 ▲ 23,036 | 14 ▼ 22,389 |
Cəmi | 17 ▲ 7,701,196 | 16 ▲ 6,509,390 | 16 ▲ 6,430,158 | 16 ▼ 6,332,734 | 16 ▲ 6,841,085 |