. Love.az

Qazaxistan Rusiya Munasibetleri - Wikipedia - Love.az

Ana Səhifə - Qazaxistan Rusiya Munasibetleri

Qazaxıstan–Rusiya münasibətləri — Qazaxıstan Respublikası ilə Rusiya Federasiyası arasındakı mövcud ikitərəfli əlaqələr.

Qazaxıstan-Rusiya münasibətləri
Qazaxıstan və Rusiya
 Qazaxıstan  Rusiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 İqtisadi əməkdaşlıq
  • 3 Elmi əməkdaşlıq
  • 4 Nümayəndəliklər
  • 5 Baykonur
  • 6 Avrasiya kanalı
  • 7 İstinadlar
  • 8 Xarici keçidlər

Tarixi

redaktə

İlk dəfə 22 oktyabr 1992-ci ildə qurulmuşdur. Qazaxıstan və Rusiya stabil, qarşılıqlı anlaşma şəraitində inkişaf edir. Sovet dönəmini çıxmaq şərti ilə yeni dövürda rus və qazaxlar arasında açıq münaqişələr müşahidə edilmir. Rusiya ərazisində MDB ölkələri arasında Özbəkistandan sonra ən böyük qazax diasporu Rusiyada yaşayır. Nəzərə almaq lazımdır ki, Qazax xanlıqlarından sonuncusunun paytaxtı Orenburq şəhəri olmuşdur. Sovet hökumətinin ilk illərində Qazaxıstanın paytaxtı məhz Orenburq olmuşdur (Orınbor ş.).

İqtisadi əməkdaşlıq

redaktə

1995-2009-cu illər ərzində mal dövrüyəsi 5230 milyon dollardan 12832 milyon dollara qədər artmışdır[1]. 2009-cu ilə olan mal dövrüyəsi isə Rusiyanın Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistan ilə olan mal dövrüyyəsindən iki dəfə çoxdur.

Elmi əməkdaşlıq

redaktə

Qazaxıstan MDB dövlətləri arasında Belarusdan sonra ikinci ölkədir ki, Rusiyadan ən çox elmi məqsədlər üçün avadanlıqlar alır[2].

Nümayəndəliklər

redaktə

Qazaxıstanda Rusiyaya məxsus nümayəndəliklər:

  • Astana (Səfirlik)
  • Alma-Ata (Baş konsulluq)
  • Uralsk (Konsulluq)

Rusiyada Qazaxıstanа məxsus nümayəndəliklər:

  • Moskva (Səfirlik)
  • Sankt-Peterburq (Baş konsulluq)
  • Kazan (Baş konsulluq)
  • Omsk (Konsulluq)
  • Həştərxan (Konsulluq)

Baykonur

redaktə

1994-cü ildən Leninsk (hazırda Baykonur adlanır) Rusiyaya icarəyə verilir. İcarə müddəti 2050-ci ilə qədərdir. İllik icarə haqqının miqdarı 115 milyon dollar təşkil edir. Bununla belə Qazaxıstan istənilən vaxt icarəni dayandıra bilər.

  • Baynonur şəhəri icarə müddətində Rusiya Federasiyasının federal əhəmiyyətli şəhəridir.

Şəhərin Rusiyaya məxsus mülküyyəti icarə ərazilərində qorunur.

  • Baykonur Qazaxıstanın ayrılmaz tərkib hissəsidir.

Avrasiya kanalı

redaktə

2007-ci ildə qazax tərəfi Rusiya hökumətinə Xəzər dənizi ilə Azov-Qara dəniz hövzə arasında birbaşa əlaqənin qurulması üçün Rusiya ərazisindən Avrasiya kanalının tikintisi təklif etmişdir. Bu layihə əgər gerçəkləşərsə Qazaxıstan Rusiya ərazisindən istifadə etməklə nəhəng dəniz dövlətinə çevrilməyi düşünür.

İstinadlar

redaktə
  1. ↑ Штолленверк Ф. Россия, Индия и Китай в Центральной Азии: к конфликту или к сотрудничеству // Центральная Азия и Кавказ. - 2011. - Т. 14. - № 2. - С. 10
  2. ↑ Патласов О.Ю. Модернизация экономик Туркменистана, Кыргызстана и России: мифы и реальность // Омский научный вестник. - 2015. - № 3 (139). - С. 201

Xarici keçidlər

redaktə
  • Qazaxıstan Respublikasının Rusiyadakı səfirliyi
  • Rusiya Federasiyasının Qazaxıstandakı səfirliyi
    • Rusiyanın Alma-Atadakı baş konsulluğu
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qazaxıstan–Rusiya_münasibətləri&oldid=7764487"
LOVE.AZ