1932–1933 illərin arasında baş vermiş Qazaxıstanda aclıq (qaz. Ашаршылық) Robert Konkvest tərəfindən qazax fəlakəti (ing. Kazakh catastrophe) adlandırılıb,[1] Qazaxıstanda isə orda sovetləşmə siyasətini aparan Filipp Qoloşökina görə Qoloşökin soyqırımı (qaz. Голощекиндік геноцид) kimi bilinir.[2] O, Sovet İttifaqının müxtəlif bölgələrdə baş vermiş aclığının hissəsi idi.[3]
Acalığın sabəbəbləri "qolçomaqların bir sinif kimi yox edilməsi" siyasəti, kollektivləşmə, mərkəzi hakimiyyətin tərəfindən qida hazırlamasının planın böyütməsi və qazaxların heyvandarlığının müsadirəsi idi. Bu siyasəti 1925–1927 illər arasında Qazaxıstanda bolşevik Filipp Qoloşökin, Kiçik Oktyabr (rus. Малый Октябрь) adı altında aparırdı.[4]
Sovet İttifaqının xalqların arasında, qazaxların ən böyük faizi (təxminən 38%) həlak olmuş.[5] Ümumiyyətlə 1,5 million (və ya 2,0–2,3 million) aclıqdan həyatını itirib, onların 1,3 millionu milliyətcə qazax idi.[6]
1919–1922 illərin qazax aclığı ilə saysaq, alınır ki, 10–15 il ərzində qazax torpaqları Sovet hökumətinə görə əhalisinin yarısından çoxu itirmiş.[7]
Qazaxlar öz sayını 1926-cı ilin səviyyəsinə ancaq 1970-ci ildə geri çatdıra bildilər.[8] Beləliklə, qazaxlar öz Respublikasında azlığa çevirmişlər və 1990-cı illərə qədər Qazaxıstanda çoxluğu təşkil etmirdilər. Aclıqdan öncə, Respublikanın əhalisinin 60%-i qazax idi, ondan sonra isə onların faizi təhminən 38 idi.[2][9][10][11]