. Love.az

Qazax Rayon Icra Hakimiyyeti - Wikipedia - Love.az

Ana Səhifə - Qazax Rayon Icra Hakimiyyeti

Qazax Rayon İcra Hakimiyyəti — Qazax rayonunda fəaliyyət göstərən yerli icra hakimiyyəti orqanı.[1]

Qazax Rayon İcra Hakimiyyəti
(Qazax RİH)
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 18 noyabr 1991
İllik büdcəsi 22 milyon AZN
Rəhbərlik
İcra başçısı Rəcəb Babaşov

Rəsmi saytı qazax-ih.gov.az/az

Mündəricat

  • 1 Tarixi
  • 2 Strukturu
  • 3 Rəhbərlik
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi

redaktə

Qazax Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 noyabr tarixli fərmanı ilə yaradılmışdır. Bu tarixdən etibarən ölkənin bütün rayonlarında olduğu kimi, Qazaxda da sovet dövründən qalan yerli idarəetmə strukturları ləğv edilərək, yerli icra hakimiyyətləri təşkil olunmuşdur.[2]

Strukturu

redaktə

Qazax Rayon İcra Hakimiyyəti başçısı Prezident tərəfindən təyin olunur və birbaşa ona tabedir. İcra Hakimiyyətinin aparatına müxtəlif şöbələr daxildir:[3]

  • Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi
  • Hüquq şöbəsi
  • İctimai-siyasi və humanitar məsələlər şöbəsi
  • Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi
  • Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi
  • Memarlıq və tikinti şöbəsi
  • Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi

Rəhbərlik

redaktə

Qazax rayonuna müxtəlif illərdə bir neçə icra başçısı rəhbərlik etmişdir. 2016-cı ildən bəri bu vəzifəni Rəcəb Babaşov tutur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli Sərəncamı ilə Rəcəb Abas oğlu Babaşov icra başçısı təyin edilmişdir. Əvvəlki icra başçıları aşağıdakı kimidir:[4]

Qazax RİH başçıları
№ İcra başçısı Xidmət illəri Siyasi partiya
1 Cavanşir Carçıyev 1992 AXCP
2 Nəsimi Şahmaliyev 1992–1995 —
3 Əsəd Orucov 1995–2004 —
4 Rauf Hüseynov 2004–2011 YAP
5 Ayaz Əsgərov 2011–2016 YAP
6 Rəcəb Babaşov 2016-cı ildən YAP

İstinadlar

redaktə
  1. ↑ NModern. "Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti". www.qazax-ih.gov.az (az.). İstifadə tarixi: 2025-05-30.
  2. ↑ "R.A.Hüseynovun Qazax rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-30.
  3. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-05-30.
  4. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-30.

Xarici keçidlər

redaktə
  • qazax-ih.gov.az — rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qazax_Rayon_İcra_Hakimiyyəti&oldid=8164275"
LOVE.AZ