. Love.az

Qazi Mihal Bey Mescidi - Wikipedia - Love.az

Ana Səhifə - Qazi Mihal Bey Mescidi

Qazi Mihal bəy məscidi (türk. Gazi Mihal Bey Camii) — Osmanlı Sultanı II Murad dövründə Türkiyənin Ədirnə ilində tikilmiş məscid.

İslam
Qazi Mihal bəy məscidi
türk. Gazi Mihal Bey Camii
Xəritə
Yerləşməsi
Ölkə  Türkiyə
Şəhər Ədirnə
Memarlıq
İnşa tarixi - – 1422
Tikdirəni Əmir əl-Kəbir Mihal bəy Əziz
Üslubu Osmanlı memarlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qazi Mihal bəy məscidi şəhərin mərkəzində, Tələt Paşa küçəsinin sonunda, Qazi Mihal körpüsünün yanında yerləşir.[1] Məsciddəki kitabəyə əsasən demək olar ki, məscid 1422-ci ildə Osmanlı imperatorluğunun qurulduğu dövrdə Mihaloğulları axıncı nəslindən olan "Qazi Mihal bəy" kimi tanınan Əmir əl-Kəbir Mihal bəy Əziz tərəfindən tikilmişdir.[2]

Erkən Osmanlı dövründə geniş yayılmış, hər iki tərəfində təbhanə otaqları olan "təbhanəli (zaviyə) məscid" adlanan məscid növünə aidir. Məscid erkən Osmanlı dövründə çox istifadə edilən, yonma daş materialdan tikilmişdir.

Məscidin minarəsi təkdir.[3] Minarəsi soğan düyünlü, günbəzi isə daş külahlıdır. Onun XVIII əsrdə tikildiyi güman edilən minarəsi ayrıca postament üzərində deyil, ayaqqabı elementi vasitəsilə divara oturdulmuşdur.[4] Binanın sağında yerləşən qəbiristanlıqda Qazi Mihaloğlu nəslinə aid məzarlar vardır.[1]

Məscidin 1920-ci ildə çəkilmiş fotoşəkilində görünən fəvvarə bu gün yoxdur. Fotoşəkildən də onun daha sonrakı illərdə tikildiyi anlaşılır.[1]

Övliya Çələbi 1653-cü ildə məscidi ziyarət etdikdən sonra Qazi Mihal məscidindən "yarımadada qədim məscid kimi" bəhs edirdi.[5]

Qalereya

redaktə
  •  
    Məscidin şadırvanı
  •  
    Minbər

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Karademir, Murat. "Gazi Mihal Bey Camii". Türkiye Turizm Ansiklopedisi.
  2. ↑ "Gazi Mihal Bey Camii". TDV İslâm Ansiklopedisi (Türkçe). 23 Aralık 2024 tarixində arxivləşdirilib.
  3. ↑ "Edirne'nin 'soğan boğumlu' minaresiyle ünlü camisi: Gazi Mihal". www.aa.com.tr. 23 Aralık 2024 tarixində arxivləşdirilib.
  4. ↑ Uysal, Osman. "Zaviyeli Camilerde Minare Problemi". Türk Etnografya Dergisi. 1997.
  5. ↑ "Gazi Mihal Bey Camii". Türkiye Turizm Ansiklopedisi (türk). İstifadə tarixi: 2025-03-28.

Xarici keçidlər

redaktə
  •   Vikianbarda Qazi Mihal bəy məscidi ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qazi_Mihal_bəy_məscidi&oldid=8086821"
LOVE.AZ