Qeleşe[1] (alb. qeleshe, plis, qylaf[2]) -Baş geyimi. Albanların yaşadığı ərazilərdə geniş yayılmışdır və hal hazırda Albaniya xalq geyimlərinin tərkib hissəsidir. Baş geyiminin hündürlüyü və ölçusu bölgədən bölgəyə dəyişir . Əsasən Albaniya dağlılarının ənənəvi geyiminin bir hissəsini təşkil edir[3][4] . Qeleşe Albaniyanın milli simvollarından biri kimi qəbul edilir.
Baş geyimi Alban dilində qeleshja və plisi adlanır.
Qeleşe adı alban dilində olan "lesh" (tərcümədə yun deməkdir) sözundəndir.[5] Baş geyiminin digər adı "plis" adlanır. Plis qədim alban dilində olan p(i)litja sözundəndir və buda öz növbəsində Alman dilində olan filiz, Latın dilindəki pellis və Yunan dilində olan πῖλο ilə əlaqəlidir[6].
Baş geyiminin tərzi İlliriyalıların baş geyimlərinə bənzəyir.[7][8]
Osmanlı dövründə Albanlar arasında ağ papaq, ağ fəs kimi insanın müsəlmanlara mənsub olduğunu xarakterizə edirdi.[2][9]
Albaniyanın şimalında, albanlarının etnoqrafik qrupu olan Geqlərin yaşadığı ərazidə papaq kəsik yarımkürə şəklində olur[10]. Albaniyanın cənubunda isə, əsasən Gjirokastra və Vlyora yaxınlığında papağın ölçusu daha yüksəkdir. Albaniyanın cənubundakı bəzi bölgələrdə baş geyiminin üzərində kiçik bir çıxıntı hissəsi olur.
Bu baş geyiləri əsasən Albaniyanın Kruya şəhərində istehsal olunur[11]. Ümumiyyətlə bu baş geyimini istehsal etmək üçün ağ rəngdə parça yun kifayətdir.
Tirana bölgəsində toy mərasimləri zamanı kişilər Qeleşe geyinməsi kimi bir adət var.[12]
Kosovoda, Alban Geqlərdən əlavə serblər də qeleşe istifadə edirlər.[13] .