Qida mühəndisliyi — Qida məhsulları üzrə mühəndis yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə məşğul olur. Qida məhsulları üzrə mühəndisin vəzifələrinə ət kombinatlarında, çörək bişirilən müəssisələrdə, məhsulun keyfiyyətinə riayət edilməsinə və həmçinin hazırlanmasına nəzarət edilməsi, istehsal prosesində yeni texnologiyaların tətbiqi, məhsulun keyfiyyətinin yaxşılaşdırılması daxildir.[1]
Qida mühəndisliyi yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə əlaqədar sahədir. ABŞ alimləri 1989-cu ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçüləri oldular. Ölkəmizdə 1941-ci ildən etibarən tədrisinə başlanılmışdır. Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrindən lazımi miqdarda istifadəni, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini və s. öyrənir.[2] Bundan əlavə mühəndis müxtəlif məhsul qruplarını yaratmaq üçün istifadə olunan avadanlıqların və avtomatlaşdırma sistemlərinin dizaynında, işə salınmasında iştirak edir. Texnoloji proseslərə nəzarət edir, emalatxananın işini yaxşılaşdırmağa kömək edən yeni həllər və avadanlıqlar axtarır. Bu sahə fizika, riyaziyyat və kimya ilə maraqlananlar üçün uyğundur.
Qida mühəndisliyi üzrə xüsusi bacarıq tələb edilmir. Təməl kompetensiya isə bunlardır:
İnsanın bədən qoxusundan psixologiyasına qədər hər şeyi yüksək nisbətdə qida ilə əlaqəlidir. Artan xəstəliklər, insan sayı, sürətli gündəlik həyat, şəhər həyatına keçid sağlam, eyni zamanda rəf ömrü uzun olan qidaya ehtiyac yaradır. Bunu təmin etmək isə qida mühəndislərinin işidir.