1996-cı ildə qida problemləri ilə bağlı keçirilən Dünya Qida Sammitində qida təhlükəsizliyi anlayışı müəyyən edilmişdir. Qida təhlükəsizliyi “bütün insanlar sağlam və aktiv həyat tərzi keçirmələri üçün istənilən vaxt kifayət miqdarda keyfiyyətli qida əldə etdikdə” yaranan vəziyyət olaraq müəyyənləşdirilmişdir. Bir qayda olaraq, qida təhlükəsizliyi anlayışı insanların qidaya olan ehtiyaclarını, o cümlədən onların qida üstünlüklərini təmin edən qidanı həm fiziki, həm də iqtisadi baxımdan əldə edə bilmək imkanını özündə ehtiva edir. Qida təhlükəsizliyi həmçinin insanların aktiv və sağlam həyat tərzi sürmələri üçün istənilən vaxt kifayət qədər qida əldə edə bilmək imkanları əsasında qurulmuşdur. Qida təhlükəsizliyi aclıq, quraqlıq, müharibələr, iqtisadi qeyri-sabitlik kimi risk faktorları səbəbindən gələcəkdə qida qıtlığını aradan qaldırmaq üçün qida sabitliyini və məhsuldarlığını artırmaqla bağlı tədbirləri özündə ehtiva edir.
Bu sualın cavabı ABŞ Kənd Təsərrüfatı Nazirliyinin və BMT Qida və Kənd Təsərrüfatı Təşkilarının qida təhlükəsizliyi üzrə müəyyən etdiyi iki əsas anlayışla bağlıdır.
1) Qida təhlükəsizliyi o zaman mövcud olur ki, bütün insanlar bütün hallarda sağlam və aktiv həyat tərzi sürə bilmək üçün öz pəhriz ehtiyaclarını və qida üstünlüklərini təmin edə bilməkdən ötrü kifayət qədər təhlükəsiz qida məhsullarını fiziki və iqtisadi baxımdan əldə edə bilsinlər (FAO).
2) Məişət təsərrüfatı üçün qida təhlükəsizliyi bütün insanlar tərəfindən hər zaman sağlam və aktiv həyat tərzi keçirə bilməkdən ötrü ümumən kifayət qədər qida əldə edə bilmək imkanıdır. Qida təhlükəsizliyinə ən azı aşağıdakılar daxildir (USDA):
2006-cı ildə bildirilirdi ki, normal çəkidən çox çəkisi olan insanların sayı ac qalan insanların sayından çox olmuşdur: yəni çəkisi normadan artıq olan insanların sayı təxminən 1 milyarddan çox, aclıq keçirdiyinə görə çəkisi normadan aşağı olan insanların sayı isə 800 milyon olmuşdur. Qeyd edək ki, bütün dünyada təxminən 852 milyon insan kasıblıq üzündən xroniki baxımdan ac qalır, 2 milyarddan çox adam isə kasıblığın müxtəlif səviyyələrinə görə qida qıtlığından əziyyət çəkir, hər gün 17000 uşaq qida çatışmazlığı səbəbindən yaranan aclıq və ya xəstəlikdən ölür ki, bu da hər il aclıqdan 6 milyon uşağın ölməsi deməkdir.
Bəs hazırda qida təhlükəsizliyinə təsir edən mənfi faktorlar hansılardır?
Bu mənfi faktorlar aşağıdakı kimi sadalanır:
Hazırda genetik baxımdan tərkibi dəyişdirilmiş qidanın verəcəyi nəticələr və GM məhsullarının gələcək təhlükəsizlik aspektləri hələ məlum deyildir. Adi məhsulların GM (tərkibi dəyişdirilmiş) məhsullar ilə qarışığından alınacaq məhsulların qida təhlükəsizliyinə və qida məhsullarının təhlükəsizliyinə göstərəcək dolayı təsirləri ola bilər. Bu, həqiqi bir riskdir və onun barədə hökumətlər mütləq düşünməlidirlər.
Kasıb ölkələrdə belə GM tipli məhsulların yetişdirilməsi Amerika və Avropa ölkələrinin kommersiya maraqları ilə bağlıdır. Hazırda yetişdirilən əsas GM məhsulları soya, yağ mənşəli bitkilər, pambıq və qarğıdalıdır ki, bunlar da öz növbəsində dünyanın qida və tekstil sənayesinə yardım göstərmək üçün işlənilib hazırlanmışlar. Hazırda inkişaf etməkdə olan ölkələr üçün mühüm olan lifli qida məhsulları ilə bağlı özəl şirkətlər tərəfindən çox az sayda GM tədqiqat və araşdırması aparılır.
“Terminator” toxumları steril toxumlar istehsal edə bilmək üçün modifikasiyaya (dəyişikliyə) uğrayır. Bu toxumlar “korporasiyaları təkrar patentləşdirilmiş toxumlardan istifadə etməyə cəhd göstərən və əvəzində heç bir haqq ödəməyən vicdansız fermerlərdən qorumaq məqsədilə” işlənib hazırlanmışdır. Bu yolla fermerlər hər il biotexnologiya şirkətlərindən yeni toxumlar almaq məcburiyyətində qalır. Bütün dünyada fermerlər tərəfindən bununla əlaqədar ümumi narazılıqların olmasına baxmayaraq, bu texnologiya hələ də işlənib hazırlanır.
Qida təhlükəsizliyi sadəcə kasıblıqla bağlı məsələ deyildir, özündə bütöv qida sistemini ehtiva edən və hər birimizə bu və ya digər yolla təsir edən daha qlobal problemdir.
Bütün bu yuxarıda sadaladığımız hallardan göründüyü kimi qida təhlükəsizliyi məsələsi qloballığı və son dərəcə böyük əhəmiyyəti ilə seçilən vacib və aktual mövzulardan biridir.[9]