Badla (Azərbaycanca tərcüməsi: Qisas) 2019-cu ildə Amitabh Baççan, Taapsee Pannu, Toni Luka və Amrita Sinqhin rol aldığı, rejissoru Sujoy Ghosh olmuş hindi dilli sirr-triller filmi[1]. Film Red Chillies Entertainment və Azure Entertainment tərəfindən istehsal olunmuş və 2016-cı ildə çəkilmiş "Görünməz qonaq" adlı ispan filminin remeykidir[2][3]. Filmin hekayəsi bir vəkil və bir iş qadını arasındakı müsahibədən sonra, sonuncunun sevgilisinin qətlinə görə haqsız yerə ittiham olunduğu mövzusunda israr etməsi ətrafında cərəyan edir.
Qisas | |
---|---|
Janr | kriminal triller[d] |
Rejissor | Sujoy Ghosh |
Baş rollarda | |
İstehsalçılar | Warner Bros. |
Distribütor | Netflix, Warner Bros. |
İlk baxış tarixi | 2019 |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli[d] |
IMDb | ID8130968 |
Badla 8 Mart 2019-cu ildə buraxılmışdır[4][5]. Kommersiya müvəffəqiyyəti kimi meydana çıxan film ₹370 milyon krorluq (4,6 milyon ABŞ dolları) istehsal büdcəsinə qarşı dünya üzrə ₹1,38 milyarddan (17 milyon ABŞ dolları) çox gəlir əldə etmişdir[6][7][8].
65-ci Filmfare Mükafatlarında Badla Ən Yaxşı Köməkçi Aktrisa (Singh) daxil olmaqla 4 nominasiya qazanmışdır[7][9].