Əsgərov Qoçaq Məhərrəm oğlu (27 dekabr 1978, Qoçəhmədli, Füzuli rayonu) — Azərbaycanlı xanəndə və piano ifaçısı, Azərbaycanın əməkdar artisti (2018).
Qoçaq Əsgərov | |
---|---|
![]() Qoçaq Əsgərov 18 may 2012-ci ildə Londonun "Queen Elizabeth Hall" səhnəsində çıxış edərkən[1] | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 27 dekabr 1978(1978-12-27) (46 yaş) |
Doğum yeri | |
Milliyyəti |
![]() |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Janrlar | muğam, fəlsəfi musiqi |
Səs tembri | lirik tenor |
Mükafatları |
![]() |
Qoçaq Əsgərov 1978-ci il dekabrın 27-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Altı yaşında olarkən, o, ilk dəfə doğma Füzuli şəhərinin ictimai səhnəsində ifa etməyə başladı. Balaca oğlan hər yerdə ifa edirdi — evdə və doğma kəndini əhatə edən meşə və dağlarda. Balaca Qoçaq peşəkar müğənni olmaq arzusuna mübtəla olmuşdur; o, valideynlərindən xəbərsiz olaraq musiqi məktəbinə daxil olur, ancaq qəflətən başlanan müharibə və onun ardınca 1992-ci ildə Qarabağın ermənilər tərəfindən işğalı, onun musiqi ilə məşğul olmasına maneəçilik törədir. Onun ailəsi, digər yüzlərcə ailələr ilə birlikdə, ölümdən xilas olmaq üçün öz evlərini və mal-qarasını tərk etməyə məcbur edilmişdilər. Bakıya yerləşməzdən öncə, onlar bir neçə il ərzində bir şəhərdən digərinə səyahət edən qaçqınların həyatını yaşamalı oldular. Bütün bu əzablı illərə və çətinliklərə baxmayaraq, o, öz istedadının cəmiyyət tərəfindən qəbul edilməsi üçün sona qədər dözümlü qaldı.
1998-ci ildə Qoçaq Əsgərov Bakı Musiqi Akademiyasının muğam vokal sinfinə qəbul edilmişdir. 2004-cü ildən — 2008-ci ilə qədər o, Azərbaycan Milli Konservatoriyasında musiqi və ənənəvi vokal fənlərini öyrənirdi. Gənc xanəndə titulunun sahibi olmaq məqsədilə, o, hələ tələbəlik dövründə, daha doğrusu 2006-cı ildə Birinci Muğam Milli Televiziya Yarışında iştirak edir və onun qaliblərindən biri olur.
Növbəti ildə o, Londonun məşhur "Brunei Gallery" teatrının səhnəsində çıxış etməsi üçün dəvət alır. Bu onun beynəlxalq debütü və eyni zamanda da onun birinci solo konserti idi. Həmin il ilk dəfə BBC Radio 3 özünün "World Routes" adlı proqramında gənc xanəndəni dinləyicilərə təqdim edir və o vaxtdan bəri bunu dəfələrlə təkrarlayır. 2009-cu ildə isə, BBC Radio 3 onu Londonun Çarlton-parkında düzənlənmiş WOMAD festivalının səhnəsində çıxış etməyə dəvət edir. Xüsusi olaraq festival üçün hazırlanmış bukletdə onun haqda belə bir məlumat yerləşdirilmişdir:
Son 27 il ərzində, WOMAD komandası bir çox təəccüb hissi doğuran ifaçılar ilə rastlaşmışdır. Onlardan daha birisini bu siyahıya əlavə etmək olduqca zəruridir.
Orijinal mətn (ing.)
Over the past 27 years of WOMAD team, we`ve encountered plenty of truly astonishing singers. Add one more to this list
|
Həmin ildə Qoçaq Əsgərov Özbəkistanın Səmərqənd şəhərində keçirilən dünya şöhrətli beynəlxalq musiqi festivalında iştirak edir və qalib gəlir. Özünün səkkiz ildən artıq olan ictimai musiqi fəaliyyəti ərzində, 36 yaşlı Qoçaq Əsgərov 2007-ci ildən başlayaraq, dünyanın bütün əhəmiyyətli beynəlxalq musiqi festivallarında, o cümlədən WOMAD (Böyük Britaniya, 2009), WOMADelaide (Avstraliya, 2010), Taranaki (Yeni Zelandiya, 2010), WOMEX (Yunanıstan, 2012), Proms (Böyük Britaniya, 2013), SXSW (ABŞ, 2014), həmçinin Avropanın, Asiyanın və Yaxın Şərqin çoxsaylı musiqi yarışmalarında, məsələn, Romada təşkil edilən Musica dei Popoli (2012), Hollandiyanın RASA Muziek & Dans, İspaniyanın Casa Asia festivalında (2012), Şanxay Dünya Musiqi festivalında (2014), İsrailin məşhur Jerusalem Oud festivalında (2014) uğurla çıxış etmişdir. Onun əsrarəngiz səsi Böyük Britaniyanın "ARC Music Production" və "Nascente Records", həmçinin İtaliyanın "Felmay Records" və digər səsyazma şirkətləri tərəfindən satışa çıxarılmışdır. Bundan başqa, tanınmış Folk World/Deutsche Rezensionen adlı onlayn musiqi jurnalı tərəfindən Qoçaq Əsgərovun "Felmay" albomuna kifayət qədər müsbət rəy verilmişdir; onlar albom barəsində "Gözəl albom və istedadlı musiqiçi" yazısını yerləşdirərək, sənətçiyə yüksək qiymət vermişdilər[2]. Məşhur Britaniya musiqi jurnalı olan Songlines "dünyanın zirvəsində" başlığı altında 2013-cü ildə buraxılmış Felmay albomu haqqında öz müsbət resenziyasını yerləşdirmişdir. 2013-cü ildə BBC-nin təşkil etdiyi Promenade gecə konsertində Qoçaq Əsgərov Azərbaycan muğamını ilk dəfə olaraq Royal Albert Hall-da səsləndirmişdir.[3][4] 2018-ci ildə İsveçrədə keçirilən Festival des 5 Continents festivalında fransız musiqiçi Pierre de Trégomain ilə konsert vermişdir.[5] 2020-ci ildə HEART & MIND festivalında çıxış etmişdir.[6]
27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[7]
10 may 2019-cu ildə[8], 7 may 2020-ci ildə[9] və 7 may 2021-ci ildə[10] Prezident Mükafatına layiq görülmüşdür.
İl | Ad | Buraxan şirkət | Buraxan ölkə | Qeyd |
---|---|---|---|---|
2008 | Music from Azerbaijan. Gochag Askarov & Sari Gelin Ensemble[11] | ARC Music Productions, EUCD 2146 | Böyük Britaniya | |
2009 | Qoçaq Əsgərov. Azərbaycan Musiqi Dünyası (ing. Gochag Askarov. Musical World of Azerbaijan) | Melodiya MMC | Azərbaycan | |
2010 | Music from Azerbaijan. Gochag Askarov & Mugham ensemble TURAN | Bird Walks Records, BW- 01 | Avstraliya | |
2011 | Gochag Askarov. Mugham/Traditional music of Azerbaijan | Felmay Records, CD, fy 8183 | İtaliya | |
2011 | "World Routes: On The Road", 2 CD[12] | Nascente Records, (NASCE001), BBC — disc 2, track 10 | Böyük Britaniya | |
2012 | The Womeximizer 12, CD 12 WOMEX Selections, | Piranha Records AG | Almaniya | |
2013 | Gochag Askarov. Sacred World of Azerbaijani Mugham[13] | Felmay Records, CD, fy 8210 | İtaliya | |
2013 | Mugham of Azerbaijan CD, track 7 | Songlines music magazine | Böyük Britaniya | |
2017 | Mugham Souls (Traditional Music of Modern Azerbaijan) | Felmay | İtaliya |