Qoşadizə (əvvəlki adı: Qoşa Dizə) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1]
Qoşadizə | |
---|---|
38°57′13″ şm. e. 45°50′04″ ş. u.HGYO | |
Ölkə | |
Region | Naxçıvan Muxtar Respublikası |
Rayon | Ordubad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | Azərbaycan dili |
Xəritəni göstər/gizlə
|
"Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının1 mart 2003-cü il tarixli 423-IIQ nömrəli Qanununun[2] "Ordubad rayonu üzrə" hissəsi ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aza kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşa Dizə kəndi "Qoşadizə kəndi" adlandırılmışdır.
29 mart 2005-ci ildə Kələntər Dizə və Qoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Klubu, kitabxanası, tibb məntəqəsi var[4].
Rayonun mərkəzindən 22 km şimalda, Gilançayın sağ sahilindədir.
Əhalisi 467 nəfərdir.[5]
Əhalisi meyvəçilik, tərəvəzçilik və heyvandarlıqla məşğuldur.