. Love.az

Qordion Duyunu - Wikipedia - Love.az

Ana Səhifə - Qordion Duyunu
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Qordi düyünü — əfsanəyə görə Finikiya dövlətinin hökmdarı Qordion tərəfindən vurulmuş müşkül bir düyün olub Makedoniyalı İsgəndər tərəfindən çözülmüşdür. Buradan da məcazi mənada "Qordi düyününün açılması" ifadəsi meydana gəlmişdir.

Makedoniyalı İsgəndər Qordi düyününü açır. Jan Simon Bartelemenin rəsm əsəri

Rəvayətə görə Finikiyada Zevs məbədinin kahini xəbər verir ki, ilk kim şəhər qapısından içəri daxil olarsa, o da ölkənin ən möhtəşəm hökmdarı olacaqdır. Şəhərə ilk öz arabasında naməlum kəndli Qordion daxil olur və onu Finikiya hökmdarı elan edirlər. Bu hadisəyə şükranlığını bildirmək üçün Qordion öz arabasını Zevs məbədinə bəxşiş edir. Qordon öz arabasını zoğal ağacının liflərindən hazırlanmış kəndirlə məbədin qurbangahına bağlayaraq elə düyün vurur ki, onu heç kim aça bilməsin. Bunu görən kahin bəyan edir ki, bu düyünü açan hər kəs bütün Asiyanı özünə birləşdirib böyük bir imperiya quracaqdır.Belə ki, Finikiyanın paytaxtını fəth edən böyük sərkərdə Makedoniyalı İsgəndər məbədə daxil olaraq qılıncı ilə düyünü söküb atır. Kahin buna belə bir məna verir: "O, cahana sahib olacaq! Amma siyasət (diplomatiya) ilə deyil, qılınc gücünə".

Bu ifadə əsasında dilimizdə "Qordi düyünü" işlənilir

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qordi_düyünü&oldid=7959095"
LOVE.AZ