Qorki parkı ― Rusiyanın Taqanroq şəhərində bələdiyyəyə aid mədəniyyət və istirahət parkı.
Qorki parkı | |
---|---|
![]() | |
Məlumatlar | |
Parkın tipi | ictimai |
Ölkə | |
Yerləşməsi |
Taqanroq, ![]() |
Yaradılıb | 30 iyun, 1806 |
Xəritədə yeri | |
![]() |
|
![]() |
30 iyun 1806-cı ildə Taqanroq valisi baron Baltazar von Kampenqauzenmim əmri ilə Taqanroqun "Kimya bağı" və "botanika bağı" üçün ilk ağaclar əkildi. 1825-ci ildə Rusiya imperatoru I Aleksandr və imperatriça Elizabet Alesseyevna şəhərdə olduqları müddətdə tez-tez bağda gəzintiyə çıxdılar. Gənclik illərində və Taqanroq ziyarətlərində tez-tez bağa baş çəkən Anton Çexov bacısı Mariya Çexova yazdığı məktubların birində yazırdı: "Bağda idim. Musiqi səslənirdi. Bağ möhtəşəmdir". 1895-ci ildə Avropa standartlarına uyğun planlaşdırımış yeni bağın layihəsi təsdiq edildi. 1903-cü ildə parkın əsas girişinin qarşısında I Pyotrun abidəsi qoyuldu.
1924-cü ildə I Pyotr abidəsi sökülərək götürüldü.[1] 1932-ci ildə bağ mədəniyyət və istirahət parkına çevrildi və 1934-cü ildə Maksim Qorkinin şərəfinə Qorki parkı adlandırıldı. 1941-1943-cü illərdə Taqanroqun işğalı zamanı park qismən məhv edildi və nasist Almaniyasının işğal qüvvələri tərəfindən qəbiristanlıq olaraq istifadə edildi.
1963-cü ildə Taqanroqdakı Qorki Parkı “Sovet İttifaqının ən yaxşı mədəniyyət və istirahət parkı” adına layiq görülmüşdür. 2006-cı ildə Qorki parkı iki yüz illik yubileyini qeyd etdi.[2] 2008-ci ildə Qorki parkının girişində Anton Çexovun "Kaştanka" povestinə həsr olunmuş "Misir piramidası" heykəltəraşlıq kompozisiyası qoyulmuşdur.