. Love.az

Qosmalian - Wikipedia - Love.az

Ana Səhifə - Qosmalian

Qosmalıan — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]

Qosmalıan
38°41′20″ şm. e. 48°23′34″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Lerik rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.434 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 403 (2009) nəfər
Xəritəni göstər/gizlə
Qosmalıan xəritədə
Qosmalıan
Qosmalıan

Mündəricat

  • 1 Əhalisi
  • 2 Toponimiyası
  • 3 Tarixi
  • 4 Din
  • 5 İstinadlar

Əhalisi

redaktə

Əhalisi 403 nəfərdir.[2]

Toponimiyası

redaktə

Yerli əhali kəndi Qosmihiyon adlandırır. Bu coğrafi ad ğosmaliyon (ğosmalioıi) sözünün təhrif edilmiş formasıdır. Oykonim Ğosm (talış dilində Qasım şəxsi adının dəyişmiş şəkli), hi (əkin yeri) və -o/ı (cəmlik bildirən şəkilçi) komponentlərindən düzəlib, "Qasımın əkin yerləri” mənasındadır. Digər mülahizəyə görə, Qosmalyon Ğosm (Qasım sözünün fonetik dəyişmiş şəkli), Hi (Əli ş.a.), -yonl-on (cəmlik bildirən şəkilçidir) komponetlərindən düzəlib. Bu oykonim nəsil adı əsasında yaranmış, mənası “qasıməlilər” deməkdir. Başqa mülahizəyə görə, oykonim “Qasıməlinin zəmisi” mənasındadır (hion talış dilində “zəmi” deməkdir).[3]

Tarixi

redaktə

29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qosmalyan kənd inzibati ərazi dairəsi tərkibindəki Qosmalyan kəndi Qosmalıan kəndi adlandırılsın, Qosmalyan kənd inzibati ərazi dairəsi Qosmalıan kənd inzibati ərazi dairəsi adlandırılsın. adlandırılmışdır.[4]

Din

redaktə

Kənddə Qosmalian kənd məscidi dini icması fəaliyyət göstərir.[5]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. ↑ ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 236.
  4. ↑ Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 29 mart 2005-ci il tarixli 871-IIQ saylı Qanunu[ölü keçid] — e-qanun.az saytı
  5. ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2017-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qosmalıan&oldid=7405272"
LOVE.AZ