. Love.az

Qozbel Mustafa Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Qozbel Mustafa Pasa

Qozbel Mustafa Paşa (ö. 1666) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]

Qozbel Mustafa Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1666
Vəfat yeri Tərabülüs əş-Şam, Osmanlı imperiyası
Həyat yoldaşı Fatma Sultan

Həyatı

redaktə

Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Qozbel bir yeniçəri ikən ordu daxilində müxtəlif vəzifələrdə çalışmış, 1658-ci ilin fevralında yeniçəri ağalığına təyin edilmişdir. Ardından 1662-ci ilin martında vəzir rütbəsi alaraq Dəməşq, 1663-cü ilin fervalında isə Bağdad bəylərbəyi oldu. Həmin il Sultan Əhmədin qızlarından Fatma Sultanla nigahlandı və dekabr ayında Mərəş bəylərbəyliyinə gətirildi. 1665-ci ildə Tərabülüs əş-Şam bəylərbəyi oldu və ertəsi il orada vəfat etdi.

Mənbə

redaktə
  • Peirce , Leslie P. (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993, Oxford University Press, ISBN 0-19-508677-5.

İstinadlar

redaktə
  1. ↑ Sicill-i Osmani IV, səh. 171
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qozbel_Mustafa_Paşa&oldid=7172352"
LOVE.AZ