. Love.az

Qriz Korpusu - Wikipedia - Love.az

Ana Səhifə - Qriz Korpusu

Qrız körpüsü — Azərbaycanın ən hündür körpüsü. Qrız kəndi ilə Quba rayon mərkəzini birləşdirən yol-nəqliyyat ötürücüsü.

Qrız körpüsü
Xəritə
41°12′47″ şm. e. 48°15′54″ ş. u.HGYO
Tikintinin başlanma tarixi 2009
Açılışı 28 noyabr 2012[1]

Mündəricat

  • 1 Tarixi
  • 2 Göstəriciləri
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Tarixi

redaktə

Körpünün inşasına 2009-cu ildə başlanılmışdır. Kənd sakinlərinin və yerli bələdiyyənin maliyyə vəsaiti hesabına inşa edilən körpü 2012-ci ilin noyabr ayında istifadəyə verilmişdir.

Rayon mərkəzindən 38 km uzaqlıqda yerləşən Qrız kəndi Qubanın dağ kəndlərindən olduğu üçün ərazidə körpünün olmaması sakinlərin rayona gediş-gəlişində problemlər yaradıb. Qrızlılar xüsusilə, qış fəslində böyük çətinliklərlə qarşılaşırdılar. Kənd sakinləri bu yol ötürücüsünün açılışına qədər təhlükəli vəziyyətdə və ibtidai formada kustar üsulla inşa olunmuş körpüdən istifadə edib.

Göstəriciləri

redaktə

Körpünün uzunluğu 20 metr, eni isə 3,5 metrdir.

Körpü dəniz səviyyəsindən 2500 metr, Qudyalçayın yatağından isə 38 metr yüksəklikdə inşa olunmuşdur.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycanın ən hündür körpüsü istifadəyə verilidi.

Xarici keçidlər

redaktə
  • Qrız kəndinin körpü dərdi

Həmçinin bax

redaktə
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qrız_körpüsü&oldid=7545490"
LOVE.AZ