Qriqori Çursin Filippoviç (rus. Григорий Филиппович Чурсин; 10 (22) yanvar 1874[1], Yeysk, Kuban vilayəti[d][1] – 15 oktyabr 1930[2], Tiflis[2]) — Sovet etnoqrafı və Qafqaz üzrə mütəxəssis, Leninqrad Universitetinin professoru.
Qriqori Çursin | |
---|---|
![]() | |
Doğum tarixi | 10 (22) yanvar 1874[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 15 oktyabr 1930(1930-10-15)[2] (56 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | etnoqrafiya, tarix, qafqazşünaslıq |
İş yeri |
1874-cü il yanvarın 10-da Yeyskdə dülgər ailəsində anadan olub.[3] 1888-ci ildə şəhər məktəbini bitirib, Tiflis Müəllimlər İnstitutuna daxil olub. 1894-cü ildə buradan məzun olub. İnqilabi aksiyalarda iştirak etdiyinə görə Mangistaudakı qalaya sürgün edilib. 1897-ci ildə qayıdıb Qafqaz Filoksera Komitəsinə təlimatçı kimi işləməyə başlayıb. Eyni zamanda etnoqrafik material da toplamağa başlayıb. 1905-1916-cı illərdə Zaqafqaziya Statistika Komitəsində redaktor işləyib. 1916-1918-ci illərdə Tiflisdəki Qafqaz muzeyində Qafqaz etnoqrafiyası şöbəsinin kuratoru vəzifəsində çalışıb. 1921-ci ildən 1924-cü ilə qədər Tiflisin kitab depolarında işləyib. 1924-cü ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi yanında Zaqafqaziya Elmi Birliyinin Tarix-etnologiya şöbəsinin müdiri təyin edilib. Eyni zamanda SSRİ Elmlər Akademiyasının Qafqaz Tarix-Memarlıq İnstitutunda da işləyib. 1928-ci ildən Zaqafqaziya Kommunist Universitetinin elmi-tədqiqat və tarix kafedrasında çalışmışdır. 1930-cu il oktyabrın 15-də Tiflisdə vəfat etmişdir.[4]