Quşçu (əvvəlki adları: Quşçu Armavir (? – 29 dekabr 1992); Quşçu Göran (29 dekabr 1992 – 5 oktyabr 1999)) — Azərbaycan Respublikasının Göygöl rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Quşçu Armavir kəndi Quşçu Göran kəndi,[2] 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Xanlar rayonunun Qarabulaq kənd inzibati ərazi vahidi tərkibindəki Quşçu Göran kəndi Quşçu kəndi adlandırılmışdır.[3]
Quşçu | |
---|---|
40°28′33″ şm. e. 46°24′20″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Xəritəni göstər/gizlə
|
1992-ci ilədək kəndin adı Quşçu Armavir olmuşdur. Oykonim "Goran yaxınlığındakı Quşçu kəndi" mənasındadır.[4]
Erməni–Azərbaycan hadisələri 1989-cu ildən kəskinləşməyə başlamışdır. Ermənistandan gələn qaçqınlarla Xanlarda yaşayan ermənilər arasında danışıqlar gedir, qarşılıqlı köçmələr razılaşdırılırdı. Qarabağ hadisələri başlayandan ötən 2 il ərzində Mirzik, Zurnabad, Qarakeşiş, Əbləh, Kuşi Armavir (indiki Quşçu) kəndləri və Göygöl şəhərinin erməni sakinləri sakit şəkildə Ermənistana köçdülər. Ermənistandan gələn qaçqın azərbaycanlılar isə həmin kəndlərə yerləşdirildi.
12 yanvar 1990-cı Ermənistan SSR ərazisindən gələn helikopter Quşçu kəndinin ərazisində eniş etmiş, helikopterdən düşən silahlı şəxslər kənd əhalisinə atəş açmağa başlamışdır. Hadisə nəticəsində onlarla mülki şəxs həlak olmuş və yaralanmışdır.[5]
Kənd Kürəkçayın sahilində, Kəpəz dağının ətəyində yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 434 nəfər əhali yaşayır.[6]
Göygöl rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |