. Love.az

Quscu Qesebe Daskesen - Wikipedia - Love.az

Ana Səhifə - Quscu Qesebe Daskesen
Bu adın digər istifadə formaları üçün bax: Quşçu.

Quşçu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]

Quşçu
40°33′06″ şm. e. 46°05′44″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 412 nəf.[1]
Xəritəni göstər/gizlə
Quşçu xəritədə
Quşçu
Quşçu

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
    • 2.1 Tarixi abidələri
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 Mədəniyyəti
  • 7 Təhsil
  • 8 Din
  • 9 Səhiyyə
  • 10 İstinadlar
  • 11 Xarici keçidlər
  • 12 Həmçinin bax

Toponimikası

redaktə

Yaşayış yeri fəhlə qəsəbəsi kimi meydana gəlmişdir. Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.[3]

Tarixi

redaktə

Tarixi abidələri

redaktə

Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

redaktə

Qəsəbə Qoşqarçayın sahilində yerləşir.

Əhalisi

redaktə
İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 427 218 209
2009[5] ↘412 ↘199 ↗213

İqtisadiyyatı

redaktə

Mədəniyyəti

redaktə

Qəsəbədə Quşçu qəsəbə klubu fəaliyyət göstərir.[6]

Təhsil

redaktə

Qəsəbədə 80 şagird yerlik Daşkəsən rayon Quşçu qəsəbə S. İsgəndərov adına tam orta məktəb fəaliyyət göstərir.[7][8]

Din

redaktə

Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə

redaktə

Qəsəbədə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

redaktə
  1. ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
  2. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. ↑ Quşçu (qəsəbə, Daşkəsən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 76. ISBN 978-9952-34-156-0.
  4. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
  5. ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 86.
  6. ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-29.
  7. ↑ "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  8. ↑ "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  • Quşçu tayfası
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Quşçu_(qəsəbə,_Daşkəsən)&oldid=7764396"
LOVE.AZ