. Love.az

Qusquna Kesilisi - Wikipedia - Love.az

Ana Səhifə - Qusquna Kesilisi

Quşquna kəsilişi üst pliosenin ağçaqıl regiomərtəbəsinin istinad kəsi­lişi sayılır. Eyniadlı antiklinalın tağının və qanadlarının quruluşunda iştirak edərək Kür-Qabırrı çayarası ərazidə üzə çıxır. Burada alt ağçaqıl (113 m) dəniz fasiyasında (nazik qum, qumdaşı, vulkan külü və qabıqlı əhəngdaşı təbəqəcikli gillər) təmsil olunur və sarmat çöküntülərinin müxtəlif horizont­ları üzərində transqressiv və qeyri-uyğun yatır. Bu çöküntülər tərkibində mol­yusk faunası ilə yanaşı, qədim fil və digər onurğalıların sümüklərinin olması ilə də diqqəti cəlb edir. Üst ağçaqıl kontinental fasiya (225 m) ilə təm­sil olunmuşdur. Bu çöküntülərdə də onurğalıların, o cümlədən filin sümük­lərinə rast gəlinir.

Quşquna kəsilişi
Yerləşməsi
Ölkə  Azərbaycan

Həmçinin bax

redaktə
  • Qaraca kəsilişi 
  • Duzdağ kəsilişi 
  • Dübrar kəsilişi 
  • Kəlovudağ kəsilişi 
  • Qırməki dərəsi kəsilişi 
  • Aza kəsilişi 
  • Çaşirdağ (Kaşirdağ) kəsilişi
  • Onurğalıların Binəqədi qəbiristanlığı

Mənbə

redaktə
  • "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Quşquna_kəsilişi&oldid=5088215"
LOVE.AZ