. Love.az

Qusxana Palciq Vulkani - Wikipedia - Love.az

Ana Səhifə - Qusxana Palciq Vulkani

Quşxana palçıq vulkanı– Abşeron yarımadasının qərbində yerləşir.

Quşxana
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Yerləşməsi
Ölkə  Azərbaycan
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Mündəricat

  • 1 Haqqında
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Haqqında

redaktə

Abşeron vilayəti eyniadlı yarımadanı və Xəzər dənizinin ona qovuşan sahil zonasını əhatə edir.[1] Palçıq vulkanları vilayətin qərb və mərkəz hissəsində daha geniş yayılmışdır. Vilayətin qərbində və mərkəzində Hökməli, Binəqədi, Saray, Novxanı, Zigilpiri, Keyrəki, Abix, Boğ - boğa, Böyükdaş, Otman -Bozdağı, Lökbatan, Şonqar, Quşxana və başqa çox iri vulkanlar yerləşmişdir. Axtarma vulkanından 2 km cənubda eyni adlı neft yatağının yaxınlığında yerləşib. Vulkan ellipsvari formada olub, əsası geniş, yamacları aç meyllidir. Onun müasir görünüşü püskürmənin qədimliyini göstərir. Kəşfiyyat qaçımasının məlumatları göstərir ki, 80–100 m qalınlıüında olan brekçiya bilavasitə Məhsuldar qatı örtür. Sahənin geoloji quruluşunda Abşeron və Aücagil çöküntüləri, habelə qırışğın taüında 600 m-dək yuyulmuş Məhsuldar qat iştirak edir. Hazırda Quşxana vulkanı sakitlik vəçiyyətdədir. Brekçiyanın tutduğu sahə 0,425 km2 -ə bərabərdir.[2]

Həmçinin bax

redaktə
  • Lökbatan palçıq vulkanı
  • Daşgil palçıq vulkanı

İstinadlar

redaktə
  1. ↑ Yusifov Elman, İsayeva Nəzakət, Əsgərov Faiq. "Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri".
  2. ↑ "Palçıq vulkanlarının qravitasiya anomaliyaları və dinamikası (Lökbatan, Axtarma-Puta və Quşxana vulkanları timsalında)". 2024-03-15 tarixində arxivləşdirilib.

Xarici keçidlər

redaktə
  • Palçıq vulkana çevriləndə...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Quşxana_palçıq_vulkanı&oldid=7567740"
LOVE.AZ