. Love.az

Qubadli Dovlet Tebiet Yasaqligi - Wikipedia - Love.az

Ana Səhifə - Qubadli Dovlet Tebiet Yasaqligi

Qubadlı Dövlət Təbiət Yasaqlığı — dəniz səviyyəsindən 1600 m yüksəklikdə yerləşən, sahəsi 20 min hektar olan və zəngin flora və faunaya malik yasaqlıq[1].

Mündəricat

  • 1 Tarixi
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər
  • 4 Həmçinin bax

Tarixi

redaktə

1969-cu ilin iyulunda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır. Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsində dağ- bozqır sahələrini əhatə edir. Bu yasaqlığın yaradılmasının məqsədi həmin ərazilərin heyvanlar aləmini, xüsusilə burada məskunlaşmış məməli heyvan növlərini (cüyür, çöl donuzu) və quşları (qırqovul) qorumaqdır. Sahəsi 20 000 hektardır.

Ərazidə yayılmış seyrək meşəliklər və kolluqlar palıd, vələs, ardıc, yemişan, itburnu, böyürtkəndən ibarətdir. Ərazinin ekoloji amilləri burada heyvanların normal məskunlaşmasına tam şərait yaratmışdır. Ərazidə çöl donuzu, qonur ayı, canavar, çaqqal, tülkü, cüyür, dovşan, porsuq, kəklik, qırqovul, turac, bildirçin yayılmışdır.

İstinadlar

redaktə
  1. ↑ CBC TV. "Qədim Azərbaycan torpağı - Qubadlı" (az.). Youtube.com. 26.10.2020. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.

Xarici keçidlər

redaktə
  • Azərbaycanın Dövlət Təbiət Yasaqlıqları[ölü keçid]

Həmçinin bax

redaktə
  • Dövlət Təbiət Yasaqlığı
  • Azərbaycan qoruqları
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qubadlı_Dövlət_Təbiət_Yasaqlığı&oldid=7652750"
LOVE.AZ