. Love.az

Qulamhuseyn Beqdeli - Wikipedia - Love.az

Ana Səhifə - Qulamhuseyn Beqdeli

Qulamhüseyn Fətulla xan oğlu Beqdeli (15 mart 1919, Duraqlı, Zəncan ostanı – 1998, Kərəc, Tehran ostanı) — ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, filologiya elmləri doktoru, professor.

Qulamhüseyn Beqdeli
Qulamhüseyn Fətulla xan oğlu Beqdeli
Doğum tarixi 15 mart 1919(1919-03-15)
Doğum yeri
  • Duraqlı, Xudabəndə şəhristanı, Zəncan ostanı, İran
Vəfat tarixi 1998
Vəfat yeri
  • Kərəc, Mərkəz bəxşi[d], Kərəc şəhristanı, Tehran ostanı, İran
Dəfn yeri
  • İmamzadə Tahir qəbiristanlığı[d]
Təhsili
  • Bakı Ali Partiya Məktəbi (–1958)

Mündəricat

  • 1 Həyatı
  • 2 Pişəvəri hökumətinin süqutundan sonra fəaliyyəti
  • 3 1979-cu il inqilabından sonra fəaliyyəti
  • 4 Ölümü
  • 5 Mənbə
    • 5.1 İstinadlar
    • 5.2 Ədəbiyyat
  • 6 Xarici keçidlər
  • 7 Həmçinin bax

Həyatı

redaktə

Qulamhüseyn Beqdeli 1919-cu ildə Duraqlı kəndində anadan olub.[1] Burada orta və ali hərbi məktəbləri bitirmiş, İran şah ordusunun zabiti olmuşdur. İran xalq partiyasına daxil olmuşdur. Siyasi fəaliyyətinə görə həbs edilib, Kirmana göndərilmişdir. 6 aydan sonra sürgündən qayıdıb Güney Azərbaycanda demokratik hərəkata qoşulmuş, azadlıq ordusu tərkibində kapitan rütbəsinədək yüksəlmişdir.[2]

Pişəvəri hökumətinin süqutundan sonra fəaliyyəti

redaktə

Milli Hökumət dağıldıqdan sonra 1946-cı ildə siyasi mühacir kimi Şimali Azərbaycana gəlib. 1947-ci ildə Bakı Ali Partiya məktəbinə daxil olub. Sonradan isə sovet təhlükəsizlik orqanlarının uydurduğu saxta ittihamla həbsə olunmuş, 10 il azadlıqdan məhrum edilib Uzaq Şərqə, Kolımaya sürgün edilmişdir.[3] Lakin 7 ildən sonra bəraət alaraq təhsilini davam etdirmiş, 1958-ci ildə Bakı Ali Partiya məktəbini bitirmişdir. 1958-ci ildən etibarən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunda böyük elmi işçi işləmişdir. 1960-cı ildə "Marağalı Əvhədinin həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.[4] 1968-ci ildə isə "Nizaminin "Xosrov və Şirin" poeması və bu mövzunun Yaxın və Orta Şərq ədəbiyyatında işlənməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[4]

1979-cu il inqilabından sonra fəaliyyəti

redaktə
 
Qulamhüseyn Beqdelinin İmamzadə Tahir Qəbiristanlığındakı məzarı

1979-cu il İran İslam inqilabından sonra, professor Həmid Nitqi, Məhəmmədəli Fərzanə, Kərim Məşrutəçi (Sönməz), Mənzuri Xamneyi, Səməd Sərdarniya, Həsən Məcidzadə Savalan, Cavad Heyət ilə birlikdə "Varlıq" jurnalın işıq üzü görməsində böyük rolu olmuşdur.

Klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı kimi tanınmışdır. Nizami, Qətran Təbrizi, Əvhədi, Nəvai əsərlərindən tərcümələri olmuşdur. Məhəmmədhüseyn Şəhriyar poeziyasının ilk tədqiqatçısı və təbliğatçılarından biridir. Klassik şairlərin həyatı və yaradıcılığı barədə külli miqdarda elmi məqalələri dərc olunmuşdur.

Ölümü

redaktə

1998-ci ilin avqust ayının 16-da Kərəc şəhərində vəfat etmişdir.[5]

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ Məmmədli, Pərvanə. Cәnubi Azәrbaycan: әdәbi şәxsiyyәtlәr, portretlәr. Bakı: Sabah. 2015. 67.
  2. ↑ "Qulamhüseyn Beqdeli". haqqinda.az. 2012-01-16.
  3. ↑ Balayev, 2018. səh. 73
  4. ↑ 1 2 Kazımi, Pərviz. "Güneyli siyasi mühacirlərin Azərbaycanın elmi mühitində iştirakı (1950-1980)" (PDF). Azərbaycan Ruznaməsi. İstifadə tarixi: 2025-03-06.
  5. ↑ "Qulamhüseyn Beqdeli". azerbaijans.com. 2011. 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-12.

Ədəbiyyat

redaktə
  • Balayev, Xaqan. Azərbaycanın sosial-siyasi həyatında cənublu mühacirlərin iştirakı (1947-1991) (az.). Bakı: Elm və təhsil nəşriyyatı. 2018. səh. 198. ISBN 9789952370911.

Xarici keçidlər

redaktə
  • Prof. Dr. Gholamhossein Bigdeli

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qulamhüseyn_Beqdeli&oldid=8060193"
LOVE.AZ