. Love.az

Qumral Evelik - Wikipedia - Love.az

Ana Səhifə - Qumral Evelik

Qumral əvəlik (lat. Rumex crispus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü.

Qumral əvəlik
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Dəstə:
Qərənfilçiçəklilər
Fəsilə:
Qırxbuğumkimilər
Yarımfəsilə:
Polygonoideae
Cins:
Əvəlik
Növ:
Qumral əvəlik
Beynəlxalq elmi adı
  • Rumex crispus L., 1753[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  20937
NCBI  174649
EOL  585266

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Mənşəyi və yayılması
  • 3 Ekoloji qrup və bitdiyi yerlər
  • 4 Kimyəvi tərkibi
  • 5 Təsiri və tətbiqi
  • 6 İstifadə olunan hissələri
  • 7 Digər faydalı xüsusiyyətləri və istifadəsi
  • 8 Sinonimləri
    • 8.1 Homotipik sinonimləri
  • 9 Yarımnövləri
  • 10 İstinadlar
  • 11 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 50-100 sm olan çoxillik ot bikisidir. Gövdəsi bərk, çılpaq və azacıq şırımlıdır. Qalın və lansetvari cod yarpaqları saplaqlı, uzunsov- lansetvari və ya uzunsov-xəttvaridir. Saplaq tərəfi yumru və ya ürəkvari şəkildə daralmış, ucları iti, qıraqları burulmuş-dalğavaridir. Çoxçiçəkli dəstə kimi birləşən çiçəkləri dar uzun süpürgəvarı çiçəkqrupu əmələ gətirir. Meyvələri 2 mm uzunluğunda tünd mixəyi rəngli, parıltılı, iti üçkünc qozcuqlardır. May-iyul aylarında çiçəkləyir və meyvə verir.

Mənşəyi və yayılması

redaktə

Qumral əvəlik boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Atlantik və Orta Avropa, Skandinaviya, Kiçik Asiya, Monqolustan, Yaponiya, Çin, Şimali Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Qumral əvəlik Azərbaycanın bütün rayonlarında arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) yayılmışdır. Çəmənliklərdə və sahələrin kənarında, çay kənarlarında, su arxları və yolların kənarında alaq otu kimi bitir.

Ekoloji qrup və bitdiyi yerlər

redaktə

Mezokserofitdir, meşə və alaq bitkilik tiplərində rast gəlir. Əsasən meşələrdə, meşə talalarında, əkinlərdə, bağlarda, bostanlarda, dincə qoyulmuş torpaqlarda, yol kənarlarında, çay məcraları və su axarların boyunca kiçik qruplar (3-6 fərd) əmələ gətirir və seyrək şəkildə bitir.

Kimyəvi tərkibi

redaktə

Qumral əvəlik flavonoid, aromatik birləşmələr, C, B1, B2, E, PP vitaminləri, karotin, steroid, aşı maddələri, efir yağı, antosian, fenolkarbon və üzvü turşularla zəngindir.

Təsiri və tətbiqi

redaktə

Elmi, eksperimental və xalq təbabətində, eləcə də homeopatiyada və baytarlıqda geniş tətbiq edilir. Tibet və Çin təbabətində istifadə olunmuşdur. Əsasən dəri, mədə və onikibarmaq bağırsaq xoralarında, dizenteriya, sarılıq, ağciyər vərəmi, nəfəs yolları və malyariya xəstəliklərinə qarşı, qəbizlik, bəd xassəli şişlər, ishal, ilanvurma və digər hallarda istifadə olunur. İşlədici, büzüşdürücü, yarasağaldıcı, tərlədici, hərarəti salan, qansaxlayıcı, antibakterial, antiseptik, antioksidant, antifunqal təsirə malikdir.

İstifadə olunan hissələri

redaktə

Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi, kökü, yarpaqları və meyvələri istifadə edilir. İstifadə formaları. Dəmləmə.

Digər faydalı xüsusiyyətləri və istifadəsi

redaktə

Yarpaqlar tərəvəz kimi, yazda yığılmış cavan yarpaqlar isə qurudulduqdan sonra, qida və dərman vasitəsi kimi istifadə edilir. Onlardan ishal olan xəstələrə plov və sıyıqlar hazirlanır. Bal verən və mal-qara üçün yem bitkisidir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Lapathum crispum (L.) Scop.
  • Rumex patientia var. crispus (L.) Kuntze

Yarımnövləri

redaktə
  • Rumex crispus subsp. crispus
  • Rumex crispus subsp. littoreus (Hardy) Akeroyd
  • Rumex crispus subsp. robustus (Rech.) Pestova
  • Rumex crispus subsp. strictissimus (Rech.f.) Pestova
  • Rumex crispus subsp. uliginosus (Le Gall) Akeroyd

İstinadlar

redaktə
  1. ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 335.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qumral_əvəlik&oldid=7978521"
LOVE.AZ