Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Qumral Hüseyn qızı Sadıqzadə (7 dekabr 1929, Bakı – 2010) — Azərbaycan yazıçısı və tərcüməçisi. Şair Ümmügülsüm və yazıçı Seyid Hüseynin qızıdır.
Qumral Sadıqzadə | |
---|---|
Qumral Seyid Hüseyn qızı Sadıqzadə | |
![]() Qumral Sadıqzadə (solda) və M. Ə. Rəsulzadənin nəvəsi Firuzə Məmmədova | |
Doğum tarixi | 7 dekabr 1929(1929-12-07) |
Doğum yeri | |
Vəfat tarixi | 2010 |
Vətəndaşlığı |
![]() ![]() |
Həyat yoldaşı |
|
Uşağı |
|
Atası | Seyid Hüseyn Sadiq |
Anası | Ümgülsüm Sadıqzadə |
1929-cu il dekabrın 6-da Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib.
Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqidçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs edən iki hissədən ibarət "Son mənzili Xəzər oldu" adlı tarixi-sənədli romandır.
Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım" romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir.
2000–2009-cu illər Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək qalmasın", "Uzunçu", "Deyingən", "Təranə" və s.) çap olunub. Yazıçının qələmi bu gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir. Onun sonuncu "İnəkli Peçenye" adlı hekayəsi 6 noyabr 2009-cu il tarixli "Ədəbiyyat" qəzetində çap olunub. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[1]
Qumral həyatını məşhur ziyalı Əlipaşa Səbur Hüseynzadənin oğlu, alim və yazıçı Aydın Hüseynzadə ilə bağlayıb.[2] Uşaqları Gülər Hüseynzadə və Tokay Hüseynzadə.