. Love.az

Qurbaneli Serifzade - Wikipedia - Love.az

Ana Səhifə - Qurbaneli Serifzade
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Şərifzadə (Şərifov) Qurbanəli (1854, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1917, Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya Respublikası[d]) — maarifçi ziyalı, publisist, xeyriyyəçi. Əziz Şərifin atasıdır.

Qurbanəli Şərifzadə
Qurbanəli Şərifzadə (sağdan 1-ci) Azərbaycan maarifpərvər ziyalıları arasında
Qurbanəli Şərifzadə (sağdan 1-ci) Azərbaycan maarifpərvər ziyalıları arasında
Digər adı Qurbanəli Şərifov
Doğum tarixi 1854
Doğum yeri
  • Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1917
Vəfat yeri
  • Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya Respublikası[d]
Uşağı
  • Əziz Şərif
Fəaliyyəti yazıçı, publisist, maarifçi

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Mənbə
  • 4 Həmçinin bax

Həyatı

redaktə

Gürcüstan dağ yollarının, Şahtaxtı-Maku dəmir yolunun çəkilişində icarəçi mühəndis kimi iştirak etmişdir. Milli təhsilin, mətbuat və mədəniyyətin fəal müdafiəçisi idi. M.T.Sidqinin Naxçıvanda açdığı "Tərbiyə" məktəbinin və Naxçıvan teatrının inkişafına maddi və mənəvi yardım göstərmişdir. H. Cavidin gənclik dövrü mənəvi təkamülündə mühüm rolu var.[1]

C.Məmmədquluzadənin əməl və məslək dostlarından olmuş, 1908-ci ildən başlayaraq "Molla Nəsrəddin"in nəşrində ədibə dəstək vermiş, jurnalda ara-sıra "Leylək" imzası ilə çıxış etmişdir; O, 1909-cu ildə çıxan müxtəlif nömrələrdə (10, 18, 21, 22, 27, 28, 42, 44, 49, 50) və 1910-cu ilin 14-cü nömrəsində "Məşədi Mozalanbəy" imzası ilə felyetonlar çap edilmişdir.[2] "Mozalan bəyin səyahətnaməsi"nin İrəvana və Naxçıvana aid hissələrinin müəllifidir[3].

C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla dostluq əlaqələri saxlamışdır.

İstinadlar

redaktə
  1. ↑ NTV. "Ziyalı ömrü. Əziz Şərif" (az.). Youtube.com. 02.09.2016. İstifadə tarixi: 2016-09-08.
  2. ↑ Kamal, Camalov. "Maarif və mədəniyyət tariximizdə parlayan sima - Qurbanəli Şərifzadə". 525-ci qəzet. 2021-02-23. 2024-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-29.
  3. ↑ APA TV. ""Vətən mədəsi pozulmuş xəstələrə bənzəyir"" (az.). Youtube.com. 21.07.2023. 2023-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-22.

Mənbə

redaktə
  • İ. Həbibbəyli. Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.
  • Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.

Həmçinin bax

redaktə
  • Əziz Şərif
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qurbanəli_Şərifzadə&oldid=7661266"
LOVE.AZ