Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 40 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Qurban Bayramov (tam adı: Bayramov Qurban Fərman oğlu; 30 may 1946, Əlimədədli, Ağdam rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi.[1]
Qurban Bayramov | |
---|---|
Qurban Fərman oğlu Bayramov | |
![]() Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov "Yazarlar" jurnalının may 2021 - ci il sayının üz qabığında. | |
Doğum tarixi | 30 may 1946(1946-05-30) (78 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcələri |
filologiya elmləri üzrə fəlsəfə doktoru (1979) Doktor-professor, dosent |
Üzvlüyü |
Qurban Bayramov 1946-cı il mayın 30-da Ağdam rayonunun Əlimədədli kəndində anadan olmuşdur[2]. Orta təhsilini burada almış, indki N. Tusi adına ADPU-nin filologiya fakültəsini (1963–1967) bitirmişdir. Orta məktəbdə müəllim, tədris işləri üzrə direkor müavini vəzifələrində çalışmışdır (1967–1971). Hərbi xidmətdə olmuş (1967–1968), aspirantura təhsili almışdır (1970–1974). 1972-ci ildən Ədəbiyyat İnstitutunda baş laborant, elmi işçi, baş elmi işçi olmuşdur. Hazırda həmin institutda aparıcı elmi işçi vəzifəsində fəaliyyət göstərir[3].
1979-cu ildə "Səməd Vurğun poeziyasında lirik qəhrəman problemi" mövzusunda dissertasiya müdafiə etmişdir. Dövri və elmi mətbuatda 300-dən çox məğalə dərc etdirmiş, "Vurğun poeziyası", "Lirik qəhrəman və zaman", "Yaşar Qarayev: Milli yaddaş təlimi – Azərbaycançılıq" elmi-nəzəri, "Yaralı Vətənin yaralı övladları" bədii-publisist kitabları var. Onun "Müasir Azərbaycan poeziyasında üslubi meyillər", "Azərbaycan ədəbiyyatında tarixilik və müasirlik", "M. Ə. Sabir ənənələri və Azərbaycan ədəbiyyatı", "Səməd Vurğun dünən, bu gün və sabah", "M. H. Şəhriyar poetik üslubu", "Qarabağ ədəbi mühiti – uzaq keçmişdən bu günümüzə qədər" kimi tədqiqat işləri vardır.
Azərbaycan ədəbiyyatının əksər nümayəndələri barəsində məqalə yazmış, fikir söyləmiş, elmi və bədii kitabların redaktoru olmuş, onların bir çoxuna ön söz yazmış, xüsusən, "Azərbaycan poeziyası"na dair ədəbi icmallar yazmışdır.
Uzun illər "Gənclik" nəşriyyatında rəsmi rəyçi, Azərbaycan Dövlət Televiziyasında "Ədəbiyyatşünaslıq və zaman", "Ədəbiyyat" (1982–1992) elmi-kütləvi, tədris televiziya verilişlərinin müəllif-aparıcısı, Ədəbiyyat İnstitutu Elmi Şurasının, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Prezidentinin bir illik fərdi təqaüdçüsü olmuşdur[4] (2011).
Azərbaycan MEA-nın Rəyasət Heyətinin (2016), Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin (2011), Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasının Fəxri fərmanlarına(2016, 2019), "Tanınmış Vurğunşünas alim"(2011), "Fədakar alim"(2011), "Elm fədaisi"(2012) fəxri diplomlarına, "Səməd Vurğun mükafatı"na(2011), "Avropa Nəşr Mətbu Evi"nin "Qızıl medal"ına (2011), AMEA-nın Azad Həmkarlar İttifaqının "Fəxri fərmanı"na (2016), Beynəlxalq statuslu "Vintsas" Mükafatı diplomuna (2020) və "Ziyadar" Mükafatı diplomuna (2021) layiq görülmüşdür[5].