. Love.az

Qurucay Xacmaz - Wikipedia - Love.az

Ana Səhifə - Qurucay Xacmaz
Bu adın digər istifadə formaları üçün bax: Quruçay.

Quruçay — Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür.[1]

Quruçay
Ölkə
  •  Azərbaycan
Uzunluğu
  • 77 km
Hövzəsinin sahəsi 220 km²

Ümumi məlumat

redaktə

Uzunluğu 77 km, hövzəsinin sahəsi 220 km²-dir. Başlanğıcını Baş Qafqazın Yan silsiləsindən - Susay-Qrız yolu üstündəki aşırımdan (2550 m) alır. Yuxarı axımında Susayçay, düzənlikdə isə Mazarçay adlanır.

Çayın illik axımı yağış, yeraltı və qismən də qar sularından əmələ gəlir.

Orta illik su sərfi 0,90 kub m/san-dir. İllik axımının 60-70%-i yaz-yay, 20-30%-i isə payız-qış fəslində keçir. Çaydan bütün axımı boyu suvarma işlərində geniş istifadə olunur.

İstinadlar

redaktə
  1. ↑ "Quruçay (Quba-Xaçmaz)". 2005-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-03-24.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Quruçay_(Xaçmaz)&oldid=6722384"
LOVE.AZ