. Love.az

Qusar Dovlet Tebiet Yasaqligi - Wikipedia - Love.az

Ana Səhifə - Qusar Dovlet Tebiet Yasaqligi

Qusar Dövlət Təbiət Yasaqlığı – 1964-cü ilin iyulunda Qusar rayonunda yaradılmışdır. Yasaqlığın yaradılmasında başlıca məqsəd buradakı bir sıra ov əhəmiyyətli məməli heyvanları və quşları qoruyub saxlamaqdır. Ərazisi 15 000 hektardır.

Qusar Dövlət Təbiət Yasaqlığı

Meşə sahəsində fıstıq, vələs, palıd yayılmışdır. Kol bitkilərindən yemişan, zoğal, armud, alça, alma, itburnu, böyürtkən, qaratikana təsadüf edilir. Yasaqlıqda çöl donuzu, cüyür, canavar, meşə pişiyi, qamış pişiyi, çaqqal, yenot, dovşan kimi məməlilər, turac, kəklik, bildirçin, çöl göyərçini, yaşılbaş ördək, fitçi cürə kimi quşlar yayılmışdır.[1]

Mənbə

redaktə
  1. ↑ "Dövlət Təbiət Yasaqlığı". 2010-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.

Həmçinin bax

redaktə
  • Dövlət Təbiət Yasaqlığı
  • Azərbaycan qoruqları
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qusar_Dövlət_Təbiət_Yasaqlığı&oldid=6885860"
LOVE.AZ