. Love.az

Qutluq Bilge Kul Xaqan - Wikipedia - Love.az

Ana Səhifə - Qutluq Bilge Kul Xaqan

Qutluq Bilgə Kül xaqan (Çincə:骨咄禄毗伽阙可汗) — Uyğur xaqanlığının qurucusudur. 744-747-ci illər arasında hökmdarlıq etmişdir[1].

Qutluq Bilgə Kül xaqan
骨咄禄毗伽阙可汗
Uyğurların I xaqanı
744 – 747
SonrakıBayan Çur xaqan
Şəxsi məlumatlar
Vəfat tarixi 747
Vəfat yeri Ordu-Balıq
Atası Huşu
Uşaqları Bayan Çur xaqan
Tun Bağa Tarxan

Mündəricat

  • 1 İlk illəri və hakimiyyətə gəlməsi
  • 2 Hakimiyyəti
  • 3 Ailəsi
  • 4 Birləşdirdiyi qəbilələr
    • 4.1 Doqquz Oğuz qəbilələri
    • 4.2 Tele qəbilələri
    • 4.3 Qarluq qəbilələri
  • 5 İstinadlar

İlk illəri və hakimiyyətə gəlməsi

redaktə

Atası Huşunun (Çincə:护输) ölümündən sonra Uyğur qəbilələrinin başçılığına keçən və Qutluq Boyla titulu ilə hakimiyyətə gəlmişdi. Bilgə xaqanın ölümündən sonra Göytürklər arasında müharibə başladı və Basmıllar, Uyğurlar və Qarluqların müttəfiqliyi ilə başlayan mübarizə son Göytürk xaqanı Azmış xaqanın devrilməsi ilə nəticələndi. Azmış Xaqanın başı Çinə göndərildi.

Hakimiyyəti

redaktə

Qutluq Bilgə Kül xaqan Doqquz Oğuz qəbilələrinin başçısı idi. Doqquz Oğuzun Yağlakar qəbiləsindən olan xaqan digər qəbilələri öz təbəəsi hesab edirdi. Ordu-Balıq şəhərini paytaxt elan etmişdi. Yerinə vəliəhd kimi oğlu Tay Bilgə Tutuğu təyin edib vəfat etmişdir.

Ailəsi

redaktə
  1. Tay Bilgə Tutuq - vəliəhd, 747-ci ildə Bayan Çur tərəfindən öldürüldü[2]
  2. Bayan Çur xaqan
  3. Tun Bağa Tarxan

Birləşdirdiyi qəbilələr

redaktə

Doqquz Oğuz qəbilələri

redaktə
  1. Uturkar
  2. Turlamvür
  3. Bokasıkır
  4. Avuçak
  5. Kərsər
  6. Xoqorsuv
  7. Yabtukar
  8. Ayavir
  9. Yağlakar sülaləsi

Tele qəbilələri

redaktə
  1. Buqu
  2. Hun
  3. Bayirku
  4. Tonqra
  5. Sige
  6. Kibir

Qarluq qəbilələri

redaktə
  1. Bulaq
  2. Çigil
  3. Taşğıl

İstinadlar

redaktə
  1. ↑ Mackerras, Colin (1990), "Chapter 12 - The Uighurs", in Sinor, Denis, The Cambridge History of Early Inner Asia, Cambridge University Press, pp. 317–342, ISBN 0 521 2,4304 1
  2. ↑ Prof. Dr. Saadettin Yağmur Gömeç - Uygur Türkleri Tarihi ve Kültürü, səh. 24, 1997
SƏLƏF
-
  Qutluq Bilgə Kül xaqan
744-747
  XƏLƏF
Bayan Çur xaqan
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Qutluq_Bilgə_Kül_xaqan&oldid=6904631"
LOVE.AZ